Архив
Словарь
İQTİSADİ RƏQABƏT
(ingiliscə - economic competition - iqtisadi rəqabət) bazar mexanizminin vacib elementi, iqtisadi fəaliyyətdə əlverişli şərait əldə etmək uğrunda yarış, mübarizə. İqtisadi rəqabət, bir tərəfdən, istehsalçıların öz aralarında, ikinci tərəfdən, istehsalçılarla istehlakçılar arasında, üçüncü tərəfdən isə, istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəsini əks etdirir.