Архив
Словарь
İQTİSADİ NORMATİVLƏR
(ingiliscə - economic standards - iqtisadi standartlar) maliyyə, ticarət, istehsal və digər fəaliyyətin elementləri arasında aslılığı əks etdirən göstəricilər, iqtisadi fəaliyyətin nəticələrinin onun həyata keçirilməsi xərclərinin nisbətinə olan tələbləri, iqtisadi münasibətlərin tənzimlənməsi məqsədi ilə resursların bölgüsü. İqtisadi normativlər bazasında müəssisə ilə dövlət büdcəsi arasında qarşılıqlı əlaqəlilik qurulur. Onlar vergilər və qiymətlərlə iqtisadiyyatın tənzimlənməsinin real alətləri olaraq çıxış edirlər.