gototop gototop

Словарь

İQTİSADİ İNFORMASİYA

insan kollektivlərində, təşkilatlarda idarəetmə prosesləri ilə bağlı olan məlumat. İqtisadi informasiya istehsal, bölgü, mübadilə, maddi nemətlərin və xidmətlərin istehlakı proseslərini müşayiət edir. Onun əhəmiyyətli hissəsi ictimai istehsalla bağlıdır ki, bu da istehsal informasiyası kimi qəbul edilir. İqtisadi informasiyaya dəqiqlik, doğruluq və operativlik kimi tələblər xasdır. İnformasiyanın dəqiqliyi bütün istehlakçılar tərəfindən birmənalı qəbul olunmanı təmin edir. Doğruluq iqtisadi informasiyanın sistemin fəaliyyət effektivliyinin saxlanılmasına zəmin olur. Operativlik isə zəruri hesablamalar və dəyişən şəraitdə qərarların qəbul olunmasında informasiyanın aktuallığını əks etdirir.