Архив
Словарь
(ingiliscə - Economic Cooperation Organization, ECO - İqtisadi Əməkdaşlıq Təşkilatı, İƏT) Orta Asiya və Yaxın Şərq ölkələri - Pakistan, Türkiyə, İran, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Əfqanıstanın regional hökumətlərarası iqtisadi əməkdaşlıq təşkilatı. 1985-ci ildə təsis olunmuş və 1977-ci ildə Pakistan, Türkiyə və İran arasında İzmir müqaviləsi əsasında yaradılmış Regional əməkdaşlıq təşkilatının varisidir. İƏT BMT nizamnaməsinə uyğun xüsusi təşkilat kimi üzv ölkələrdə ticarətin inkişafının və investisiya imkanlarının yaxşılaşması yollarının müzakirəsi üçün platforma kimi çıxış edir. Məqsədi Avropa İttifaqındakına bənzər vahid mal və xidmətlər bazarının yaradılmasından ibarətdir. İƏT-in katibliyi Tehranda, iqtisadi bürosu Türkiyədə, elmi bürosu Pakistanda yerləşir.