Архив
Словарь
(ingiliscə - Ranking of Index of Economic Freedom - İqtisadi Azadlıq Reytinqi) “The Wall Street Journal” və Vaşinqtonun ön düşünmə mərkəzi hesab olunan “The Heritage Foundation” tərəfindən hər il birgə yayımlanan “İqtisadi Azadlıq İndeksi” adlı hesabatla təqdim edilən ölkələr üzrə reytinq göstəricisi. İqtisadi Azadlıq İndeksi ölkələrdə iqtisadi azadlıq səviyyəsini kompleks şəkildə qiymətləndirməyə imkan verən 10 komponent, başqa sözlə, alt indeks - “biznes azadlığı” (business freedom), “ticarət azadlığı” (trade freedom), “fiskal azadlıq” (fiscal freedom), “hökumət hərcləməsi” (government spending), “monetar azadlıq” (monetary freedom), “investisiya azadlığı” (investment freedom), “maliyyə azadlığı” (financial freedom), “mülkiyyət hüquqları” (property rights), “korrupsiyadan azadlıq” (freedom from corruption), «əmək azadlığı» (labor freedom) əsasında formalaşdırılır ki, bu da Adam Smitin “Millətlərin Zənginliyi” əsərində irəli sürdüyü klassik iqtisadi azadlıq nəzəriyyəsinə əsaslanır. İndeksin hazırlanması zamanı DB, BVF, İqtisadi Kəşfiyyat Birliyi kimi nüfuzlu beynəlxalq qurumların statistik məlumatlarından istifadə edilir. Hesabatda həm İqtisadi Azadlıq üzrə, həm də onu təşkil edən ayrı-ayrı komponentlər üzrə ölkələrin reytinqini əldə etmək mümkündür. Bu tipli ikinci hesabat Kanadanın “Fraser İnstitute” adlı beyin mərkəzi tərəfindən yayımlansa da, hazırda bu sahədə ən nüfuzlu hesabat birinci hesab olunur.