gototop gototop

Словарь

İQTİSADİ ARTIM

(ingiliscə - economic growth - iqtisadi artım) ölkədə məcmu istehsal və istehlakın miqyaslarının artımı. Milli gəlir, ümümdaxili məhsul, ümummilli məhsul kimi markroiqtisadi göstəricilərlə xarakterizə olunur. İqtisadi artım - müəyyən vaxt ərzində ictimai məhsulun kəmiyyət və keyfiyyətcə təkmilləşdirilməsi olaraq müəyyən zaman mərhələsindəki artım templəri ilə ölçülür. İqtisadi artımı əks etdirən statistik göstərici faizlə göstərilən ÜDM-in illik artım tempidir.  Ekstensiv və intensiv inkişaf yolları ilə əldə edilir.