Архив
Словарь
(ingiliscə - import - idxaletmə, latınca - importare - daxil edirəm) - Xaricdən alınaraq ölkəyə gətrilən əmtəə və xidmətlər. “Görünən”, “görünməyən” və “kapital importu” adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasını ifadə edir. Buraya, konkret olaraq, ölkə vətəndaşlarına xarici şirkətlərin xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan turist yollayışlarının alınması və digər xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevirilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.