gototop gototop

Словарь

XƏZİNƏDARLIQ VEKSELİ

(ingiliscə - treasury bills - xəzinədarlıq vekseli) – qisamüddətli pul öhdəliklərini təqdim edən dövlət qiymətli kağızları. Bir qayda olaraq, dövlət tərəfindən 3 aydan 12 aya qədər müddətə təqdim olunur. Xəzinədarlıq bondlarından fərqli olaraq xəzinədarlıq vekselləri yalnız banklar və ya hüquqi şəxslər arasında yayımlanır. Onlara kuponlar formasında faiz hesablanmır. Xəzinədarlıq vekselləri üzrə emissiya və ödənişlər xəzinədarlıqların təqqdimatları əsasında mərkəzi banklar tərəfindən aparılır.