gototop gototop

Словарь

XƏZƏRİN BEYNƏLXALQ-HÜQUQİ STATUSU

(ingiliscə - The international legal status of the Caspian Sea - Xəzərin beynəlxalq-hüquqi statusu) - 1991-ci ildə SSRİ dağıldıqdan sonra Xəzər sahili dövlətlərin sayının beşə yüksəlməsi (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran) ilə əlaqədar yaranan yeni geosiyasi situasiyada onun akvatoriyası, su dibinin və sərvətlərinin həmin ölkələr arasında bölünməsi prinsipini və habelə naviqasiyası ilə bağlı beynəlxalq hüquqi rejimim ehtiva edən şərtlər sistemi. SSRİ dövlətinin mövcudluğu zamanı Xəzərdə Sovet-İran sərhədləri heç bir zaman qəti və rəsmi müəyyən olunmamışdır. İki dövlət arasında 1954-cü ildə bağlanmış “Sərhədlərin nizamlanması haqqında Müqavilə”yə görə Xəzərin hər iki tərəfdən sərhədi müəyyən edilir. Lakin burada dənizin özündəki sərhədlə bağlı isə heç nə demirdi. Bundan başqa Sovetlər ittifaqı zamanında 1982-ci ilədə qəbul olunmuş “SSRİ-nin dövlət sərhəddi haqqında qanun”da İranla SSRİ arasılnda sərhəd xətti Asatara-Həsənqulu xətii üzrə müəyyən edilmiş və bu əyani olaraq bütün sovet xəritələrində öz əksini tapmışdır. Xəzərin SSRİ-yə məxsus hissəsinin sektorlara bölünməsi məsələsi isə 1970-ci ildə baş vermişdir. SSRİ-nin Neft Sənayesi Nazirliyi tərəfindən həyata keçirilən bölgüyə əsasən Xəzər dənizi müvafiq olaraq Rusiya (16% - 60 min km2), Qazaxıstan (29% - 105 min km2), Azərbaycan (19% - 70 min km2), Türkmənistan (22% - 80 min km2) habelə SSRİ-nin quru sərhədi ilə müəyyən edilən İran (14% - 55 min km2) sektoruna bölünmüşdür. Bundan başqa 18 yanvar 1991-ci ildə Azərbaycan SSR ilə SSRİ Neft və Qaz sənayesi Nazirliyinin birgə qərarında da ona aid mövcud sektorda mineral ehtiyatların axtarışı və hasilatı və bu işlərə xarici şirkətlərin cəlb edilməsi kimi hüqular təsbit olunmuşdur. Həmin bölgü zamanı Xəzərin hüquqi, coğrafi vəziyyətindən irəli gələn, beynəlxalq-hüquqi təcrübədə hamı tərəfindən qəbul edilmiş orta xətt prinsipi əsas götürülmüşdür. SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla tənzimlənmişdir. Hazırda da hüquqi statusu müəyyən edilmədiyindən, dəniz sərhədləri sahilyanı dövlətlər tərəfindən 1970-ci il sektorial bölgünü üzrə qəbul olunur. Bununla belə, Sovet-İran yurisdiksiyanın bütün mövcudluğu ərzində (1921-1991) Xəzərin bu bölgüsü praktiki olaraq dövlətləri beynəlxalq ittifaqları tərəfindən tanınmış və beynəlxalq hüquq doktrinasında təsbitini tapmışdır.