gototop gototop

Словарь

XARİCİ TİCARƏT KVOTASI

(ingiliscə - foreign trade quota - xarici ticarət kvotası) - iqtisadi inkişafın “açıqlığının” kompleks göstəricisi olaraq ölkənin ixrac və idxalının məcmu dəyərinin ÜDM-ə nisbətini əks etdirir. Xarici ticarət kvotası xarici ticarət dövriyyəsinin (ixrac və idxalın məcmu dəyəri) ÜDM-ə faiz nisbəti kimi müəyyən edilir. Xarici ticarət və ÜDM nisbəti xarici ticarət əlaqələrinin hansı ölçüdə həmin ölkənin iqtisadiyyatını stimullaşdırdığını göstərir. Bir qayda olaraq, təcrübə göstərir ki, xarici ticarət dövriyyəsi ÜDM-də 25%-lik paya malik olduqda iqtisadiyyata stimullaşdırıcı təsir edir.