Архив
Словарь
(ingiliscə - Cost of Living Survey - yaşayış tərzi indeksi, Həyat Bahalılığı Reytinqi) - konsaltinq, autsorsinq və investisiya xidmətləri üzrə “Mercer” şirkəti tərəfindən müəyyənləşdirilən əmtəə və xidmətlərin beynəlxalq səbəti əsasında dünyanın müxtəlif şəhərlərinin həyat bahalılığını əks etdirən reytinq göstəricisi. 20 minə yaxın əməkdaşı ilə dünyanın 180-dən çox şəhəri və 40-dan çox ölkəsində müştərilərə xidmət göstərən “Mercer” şirkətinin bu istiqamətdəki araşdırmanın nəticələrindən hökumətlər və başlıca şirkətlər xarici ölkələrə göndərdikləri əməkdaşlarının satınalma gücünü qorumaq məqsədilə istifadə edirlər. “Həyat Bahalılığı Araşdırması” “Mercer” tərəfindən müəyyənləşdirilən əmtəə və xidmətlərin beynəlxalq səbəti (ev kirayə haqları da daxil olmaqla) əsasında dünyanın müxtəlif şəhərlərinin həyat bahalılığı reytinqini tərtib edir ki (hesablamalar mart ayı üzrə aparılır), bu zaman da baza göstərici kimi əmtəə və xidmətlərin beynəlxalq səbətinin Nyu-York şəhəri üzrə dəyəri götürülür.