gototop gototop

Словарь

HƏRBİ MƏHSUL

(ingiliscə - military products - hərbi məhsul) hərbi ehtiyacların ödənilməsinə yönəlmiş - hərbi texnika, silah, hərbi texniki-ləvazimat və digər müvafiq təyinatlı məhsullar, həmçinin müdafiə məqsədləri üçün yerinə yetrilən elmi-texniki və s. işlər. Hərbi məhsul istehsal vasitələri istehsalı və insanların zəruri tələblərinin ödənişinə xidmət göstərmir və dövlət tərəfindən hərbi ehtiyaclara məsrəf olunun xərclər sosial və iqtisadi rifah hesab olunmur. Bununla belə, keynzçi yanaşmada təyinatından asılı olmayaraq, iqtisadiyyatın hər hansı sahəsində investisiya aktivliyinin, məşğulluğun gücləndirilməsi milli gəlir səviyyəsində dövlət xərclərinin stimullaşdırılması effekti ilə müşayiət olunur.