gototop gototop

Словарь

HAVADA ÜZMƏ, AERONAVTİKA

(yunanca - aeronavtika - havada üzən) yer atmosferində, əsasən, havada yüngül uçan aparatlarla (hava şarı, dirijabl) idarə olunan və olunmayan nəqliyyat növü. Müasir dövrdə aviasiya və hava nəqliyyatı, faktiki olaraq, sinonim kimi işlənir. Bu ondan irəli gəlir ki, hazırda hava daşımaları istisnalı olaraq havadan ağır gəmilər vasitəsi ilə həyata keçirilir. İlk hava şarı 1709-cu ildə havaya buraxılmış və idarə edilməyən olmuşdur. Aerostat (yunanca -аеr - hava və statos - dayanan, hərəkətsiz) adlandırılan hava şarları ilk dəfə 1783-cü ildə Fransada Monqolfye qardaşları tərəfindən havaya qaldırlımışdır. Dirijabllar (fransizca -dirigeable - idariəolunan) ilk dəfə 1899-cu ildə Parisdə havaya buraxılmış və idarəedilən uçan aparat kimi fəaliyyət göstərmişlər. İki dünya müharibəsi arasındakı dövrdə dirijabllardan hərbi, mülki, elmi və idman məqsədləri üçün geniş istifadə olunmuşdur. Dirijabllar müntəzəm olaraq Avropadan Amerikaya sərnişnlər daşmışlar. Dirijabllar “qizil əsri”nin sona yetməsi 1937-ci ildə alman sərnişin layneri “Hindenburq”un ABŞ-da enmə zamanı yanması ilə bitmişdir. XX əsrin sonunda dirijabllara yenidən maraq artmışdır. Bu yanacaq qismində istifadə edilən partlayiş təhlükəli hidrogen və ya bahalı inert heliumun əvəzinə onların qarışığının tətbiqi ilə baş vermişdir. Dirijabllar hərəkət sürətinə görə təyyarə və helikopterlərdən geri qalsalar da, daha qənaətcildirlər. Hazırda onların əsas tətbiq sahəsi reklam və əyləncə sferasi ilə məhdudlaşır.