Архив
Словарь
(ingiliscə - customs duties - gömrük rüsumları) - malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü. Gömrük rüsumunun ödənişi idxal və ya ixracın ayrılmaz şərtidir və dövlət tədbirləri ilə məcburi ödənilir. Gömrük rüsumları idxal (fiskal və proteksionist), ixrac və həmçinin tranzit ola bilər. Onlar vergi funksiyasını yerinə yetirir və dərəcələri milli səviyyədə müəyyən olunur. Gömrük rüsumları əmtəə təsnifləşdiriciləri əsasında qurulur ki, bunlar əmtəələri sahədən və emal dərəcəsindən asılı olaraq qruplaşdırır. Onlardan hər biri həm də çoxmənalı rəqəmli kodlara malikdirlər. Gömrük rüsumları, demək olar ki, həmişə ticarət edən ölkələrdə rifah səviyyəsini aşağı salır.