Архив
Словарь
(ingiliscə - lake - göl) - materikin quru hissəsi üzərində yerləşən, tam quru sahillərə malik qapalı və həmçinin dənizlər və dünya okeanı ilə bir başa əlaqəsi olmayan su hövzəsi. Göllər geoloji baxımdan nisbətən yaxın keçmişdə, son bir neçə on min illər ərzində yaranmışlar. Bununla belə, unikal Baykal kimi bəzi göllərin yaşı milyon illərlə hesablanır. Göllərin suyu əsasən şirin olsa da, şor sulu göllər də az deyildir. Gölləri əsasən tektonik, vulkanik, süni, şirin və düzlu olması kimi əlamətlərinə görə fərqləndirirlər. Tektonik göllərin yaranışı tektonik plitələrin sınıqları ilə şərtlidir (Baykal gölü). Tektonik göllər sırasında reliktiv (qalıq) olanları da vardır. Belə göllərin hövzəsi əvvələr şor dəniz suyu ilə dolmuş, lakin atmosfer çöküntülərinin təsiri ilə şirin olmuşlar (Ladoqa gölü). Vulkanik göllər mahiyyətcə vulkan kraterin su ilə dolması ilə bağlıdır. Büzlaqların yaratdığı göllər də mövcuddur. Göllər düz yataqları sahələrində yer altında da olurlar. Onlar həmçinin axını olanlar və axını olmayanlara da təsnifatlandırlar. Axını olanlardan çaylar başlanğız alır. Axını olmayanların suyunda həll olunmuş düzları miqdarı çox olur. Düzlu göllərdə bir qayda olaraq düzluluq 47%-ə qədər olur. Bundan başqa Su Elektrik Stansiyaları, melorasiya, irriqasiya, içməli su anbarı və s. kimi sünü yaradılmış göllər də vardır. Dünyanın ən böyük gölu Xəzər dənizidir. O, məhz böyük olduğu üçün dəniz adlanır. Onun sahəsi dünyadakı bütün göllərin ümumi sahəsinin 44%-nə bərabərdir.