gototop gototop

Словарь

GƏMİ

(ingiliscə - ship - gəmi) - yük və sərnişin daşımaq, təsərrüfat, elmi-tədqiqat, habelə hərbi məqsədlər üçün quraşdırılmış üzən qurğudur. Təyinatına görə gəmilər nəqliyyat, ov, sənaye-təsərrüfat, hərbi, elmi-tədqiqat, xidmət və s. növlərə bölünürlər. Onlar həmçinin, üzmə sahələrinə, üzmə səviyyəsinə, hərəkətverici qüvvəyə, yükqaldırma qabliyyətinə, tutumuna və s. əlamətlərinə görə də müvafiq qruplara ayrılırlar. Yüklərin növləri və yerinə yetirdikləri vəzifələr üzrə gəmilər ixtisaslaşaraq sərnişin gəmisi, tanker, quru yük gəmisi, konteyner daşıyan gəmi kateqoriyarı üzrə təsnifatlandırılırlar.