Архив
Словарь
GENDER BƏRABƏRSİZLİYİ İNDEKSİ
(ingiliscə - The Gender Inequality Index - Gender Bərabərsizliyi İndeksi) - kişilərlə qadınlar arasında 3 ölçüdə: reproduktiv sağlamlıqda, hüquq və imkanların genişlənməsində, həmçinin əmək bazarında nailiyyətlər əldə etməyin mümkünlüyündə mövcud bərabərsizliyi əks etdirən inteqral göstərici. Cenevrədə 2010-cu ildə Ümumdünya İqtisadi Forumunun katibliyi tərəfindən təqdim edilmişdir və BMT-nin insanın inkişafı haqqında məruzələrində istifadə olunur.