gototop gototop

Словарь

FRİTREYDERLİK

(ingiliscə - free trade - azad ticarət) - 1) azad ticarət və təsərrüfat həyatına dövlətin müdaxilə etməməsini təşviq edən iqtisadi cərəyən. 2) Fritrederlik dövlətin xarici ticarətə bilavasitə müdaxiləsinə yol verməyən və bununla da tələb və təklifin sərbəst qüvvələrinin təsiri ilə inkişaf etməyə imkan yaradan ənənəvi azad ticarət siyasətidır. Bu siyasət ticarətlə məşğul olan hər bir ölkədə buraxılan məhsulun həcmini maksimuma çatdırmağa imkan yaratmaqla, istənilən ölkənin maraqlarına cavab verir. Azad ticarət konsepsiyası olan fritrederlik sənaye inqilabı dövründə geniş yayılmışdır. Bu konsepsiyaya görə, dövlət daxili bazarı xarici malların, kapitanın və işçi qüvvəsinin üzünə açaraq, xarici ticarətin liberallaşdırılması siyasətini yeridir.