Архив
Словарь
FİTÇ REYTİNQ LTD ŞİRKƏTİNİN KREDİT REYTİNQİ
(ingiliscə - Fitch Ratings LTD - Fitç Reytinq MMC) - beynəlxalq kredit bazarlarına kreditqabiliyyətliyi üzrə müstəqil və əsaslandırılmış qiymətləndirmələr təqdim edən Fitch Ratings LTD beynəlxalq agentliyini (beynəlxalq kredit agentliklərinin “böyük üçlüyünə” daxildir) kredit reytinqi. Fitch Ratings LTD 1913-cü ildə təsis olunmuşdur. Baş ofisləri ABŞ-ın Nyu-York şəhərində və Böyük Britaniyanın London paytaxtı şəhərində yerləşir. Agentliyin tətbiq etdiyi kredit reytinqləri uzunmüddətli və qısamüddətli olmaqla iki yerə bölünür. Fitch qiymətləndirmə metodologiyası Standard & Poor's qiymətləndirmə metodologiyası ilə oxşardır.