Archive
List of scientific works / IMPROVEMENT A RESOURCE OF THE SAVINGS
i.e.d. E.M.Hacızadə
RESURS QƏNAƏTCİLLİYİNİN TƏKMILLƏŞDIRILMƏSI
Sivilizasiyanın müasir mərhələsində resurs təminatı ekstensiv və intensiv xarakterliliyini arxada qoyaraq, inkişafını qənaətcil istehlak tələbləri ilə reallaşdırır. Təbii resursların strukturu, öyrənilmə səviyyəsi, təsərrüfat mənimsəmə istiqaməti ölkə tipindən asılı olmayaraq onun iqtisadi potensialına bilavasitə təsir edir. Bu baxımdan da, iqtisadi potensialı baza və infrastruktur sahələrinin inkişaf səviyyəsi, elmi-texniki tərəqqi və əmək ehtiyatları ilə yanaşı, həm də resurs qənaətcilliyi qaynaqladırır.
Təbii resurslar ümumi ictimai məhsul yaradaraq ölkənin iqtisadi srtukturunu formalaşdırdığı kimi, dayanıqlı və səmərəli inkişaf zəminidə də resurs qənaətcilliyini əsaslandırır. İqtisadi amil olaraq resurs qənaətcilliyi isə ciddi təhlil olunma və situasiyanın qiymətləndirilməsini tələb edir. Yaddan çıxarılmamalıdır ki, resurlar məhdud xarakterliliyə malikdirlər. Bu cəhət isə öz növbəsində resurs qənaətcilliyi zərurətinı yaradır. Bundan irəli gələrək müasir inkişaf tipli ölkələr resurs qənaətcilliyinin təkmilləşdirilməsi istiqamətli elmtutumlu texnologiyalı istehsalların stimullaşdırılması strategiyası reallaşdırırlar.
Resurs qənaətcilliyi bol təbii sərvətlərə, xüsusən də miqyaslı karbohidrogen ehtiyatlarına malık Azərbaycan Respublikası üçün də həyati əhəmiyyətli məsələdir. Bugünkü sivilizasiya reallıqları hamı üçün ümumi olduğu kimi, respublikamız üçün də «Davamlı inkişaf» konsepsiyası zəminində eyni ekosivil qənaətcillik tələblərini irəli sürür və müvafiq istiqamətdə biçimli strategiyanın formalaşdırılmasını şərtləndirir.
Resurs qənaətcilliyini əsas tutan «Davamlı inkişaf»a keçid çox mürəkkəb və geniş amilli proses olaraq biosferin inkişaf qanunlarına uyğun ətraf mühitlə cəmiyyət arasında qarşılıqlı tarazlığı, münasibətlər harmoniyasını tənzimləyir. Proses həm də ölkənin uzunmüddətli inkişafının kompleks daxili problemlərinə toxunur, onun strukturunu, investisiya siyasətini, təbii resursların təkrar istehsalını təyin edir. Bu baxımdan da, boyük karbohidroğen ehtiyatlarına malik Azərbaycanda da enerji resurslarına qənaətcil yanaşma strategiyası həyata keçirilməli və davamlı inkişaf tam idarə olunan hala gətirilməlidir. Antropogen fəaliyyət nəticəsində təbii maddələr və enerji yaranışılarının idarə olunması isə təbii proseslər və mexanizmlər vasitəsi ilə reallaşdırılmalı, yeni elmi və mühəndis-konstruksiyalı resursqoruyucu texnika və innovasiya əsaslı təkrar istehsala üstünlük verilməlidir. Bu strategiyada əsas məsələlərdən biri də, istehsalda təbiət proseslərindən istifadə sferasında prinsipcə yeni texnlogiyaların yaradılması və mənimsənilməsi olmalıdır ki, bunun da nəticəsində cəmiyyətlə təbiətin harmonikliyinin daha kamil formada uzlaşması təmin edilsin.
128.Improvement a resource of the savings. The scientific-practical conference devoted to research works of budgetary purpose on 2006-2007 the Azerbaijan State Economic University. ASEU. (coaut hors - A.F.Hajizadeh). Baku: 2008. 0,1 p.sh.