Archive
List of scientific works / PROCESS OF OUTSOURCING AND OPTIMALITY ITS APPLICATION IN NATIONAL SECTOR
i.e.n. E.M.Hacızadə
AUTSORSİNQ PROSESİ VƏ ONUN MİLLİ SEKTORDA TƏTBİQ OPTİMALLIĞI
Müasir dünyada kompaniyalar müxtəlif bazar təziyiqlərinə məruz qalırlar. O, kompaniyalar fəaliyyətlərini davam etdirərək uğur qazanırlar ki, kiçik əməliyyat xərcləri ilə yüksək keyfiyyətli əmtəə və xidmətlər istehsalını saxlamaqla öz bizneslərini daha səmərəli üsullar üzərində qurmağı bacarırlar. Müasir iqtisadiyyatda biznesin təşkilinin belə üstün formalarından biri kimi autsorsinq (outsorting) çıxış edir.
Mahiyyətcə autsotsinq kompaniyanın qeyri-effektli və ya az effektivli prosesini və ya fəaliyyət növünün daha üstün keyfiyyət göstəricilərinə malik olan digər təssərüfat subyektinə verməsini ifadə edir. Bu mənada biznes-sistemin bölgü funksionallığı autsorsinqin prinsipinə görə: «Özümə onu saxlayıram ki, onu digərlərindən yaxşı edirəm. Kənar icraçıya isə məndən yaxşı bacardığını verirəm».
Son onillikdə bütün dünyada informasiya texnologiyalarının sıçrayışlı inkişafı ilə əlaqədar olaraq, autsorsinqin də tətbiq sferası genişlənmişdir. Bununla belə autsorsinq uğuru ilə bağlı fikirlər də birmənalı deyildir. Belə ki, autsorsinqi tətbiq etmiş təşkilatın mühüm istehsal və menecment funksiyalarının digər kompaniyalara verilməsi, idarəetmə təcrübəsinin itirilməsi, mühüm informsiyaların sızması, öhdəliklərin yerinə yetirilməməsi və sair bu kimi riskli əlamətlərlə müşayiət oluna bilər. Lakin buna baxmayaraq təcrübə göstərir ki, müvafiq iqtisadi məqsədyönlülük bütün bu riskli amilləri mümkün həddə təcrid edir. Buna misal olaraq qeyd edilməlidir ki, «natural təsərrüfat»çılığın parlaq tərəfdarlarından olan ABŞ avtomobil sənayesinin lideri Henri Ford ötən əsrin 20-ci illərində bütün istehsalı özünəməxsus olan zavodlarda cəmləşdirmişdi. Yeni reallıqlar isə zamanın biznes tələbinə cavab verən digər şərtləri diqtə etdi. Gerçəkləşən iqtisadi məqsədyönlülük nəticəsində artıq əsrin sonlarında «Ford» kopmaniyasında komplektləşdirici məmulatların 70%-indən çoxu ixtisaslaşdırılmış digər podratçı müəssisələrin istehsal sferasına daxil oldu. Bu nümünə isə bir daha onu göstərir ki, autsorsinq prosesi böyük istehsal-xidmət oriyentirli biznes sferasında sınanmaqla yanaşı, həm də hazırkı və perspektiv inkişafda optimal effektlər yaratmaq qabiliyyətlidir. Bu effektivliyin fəth etdiyi yeni sferalardan birini də neft industriyası və onunla bağlı biznes fəaliyyəti təşkil edir.
Autsorsinqin neft sektorunda tətbiq səmərəliyi ilə bağı təhlil mülahizələri əsaslandırmazdan öncə, bu prosesin növlülük əlamətini və onun iqtisadi effektinin alqoritmik təyinatlarının nəzərdən keçirilməsi gərəklidir.
Özünün məxsusi növləri ilə fərqlənən autsorsinqini formalaşan təsnifata görə informasiya texnologi1yaları, istehsal və biznes proseslərin autsorsinqinə ayırırlar. Təcrübi reallıqlara görə autsosrsinq prosesi sxematik olaraq elə informasiya texnologiyalarının autsorsinqindən başlanır və sonrakı tiplərə keçid alıır. İnformasiya texnologi1yalarının autsorsinqi ixtisaslaşmış müvafiq kompaniyalara tam və ya qismən informasiya infrastrukturunun verilməsi ilə müşayiət olunur.
İstehsal autsorsinqi kompaniyalara yeni məhsul və xidmətlərinin hazırlanması üzərində səfərbər olmağa, özünün çevikliyini artırmağa, yenidənqurma işləri apramağa imkan verir. Müasir istehsal daha çevik və mobil inkişaf trayektoriyasına keçid alır. Məhsulun çeşidlənməsi prosesləri istehlak tələbləri ilə əlaqədar daha keyfiyyətli yüksəliş əldə edir. Bu isə həm yeni ixtisaslaşma və standarlaşmada təyinatar tapır və öz növbəsində istehsal autsorsinqinin tətbiqini stimullaşdırır.
Biznes-proseslərin autsorsinqi isə kompaniya üçün başlıca biznes yaradıcı olmayan ayrı-ayrı biznes-proseslərin kənar təşkilata verilməsini ehtiva edir. Buraya personalın idarə edilməsi, mühasibat uçotu, marketinq, reklam işi, logisitik fəaliyyət və sairi daxil etmək olar.
Autsorsinqin neft sektorunda sınanmış çoxsaylı nümunələri vardır. Belə nümunələr içərsində Rusiyanın uğurlu biznes qurumlarından olan məhşur YuKAS neft kompaniyasının fəaliyyətini misal çəkmək olar. Bu yüksək reputasiyalı kompaniya özünün mühasibat və maliyyə xidmətlərinin restrukturizasiyası əsasında müvafiq məqsədlər üçün eyni adlı «Autsorsinq» təşkilatı təsis etmişdir. Yaradılan təşkilat fəaliyyəti nəticəsində neftqazçıxarma müəssisələrinin mühasibat və maliyyə proseslərini daha yukəsək keyfiyyətdə idarə edillməsini reallaşdırmaqla yanaşı, həm də müvafiq proseslərə sərf edilən xərcləri xeyli məhdudlaşdırmışdır. Bununla belə, qlobal neft industriyasında və həmçinin yeni dövriyyə toplayan Rusiya neft biznesində də müxtəlif istiqamətlərdə autsorsinqin tətbiqi ilə bağlı effektləri sezməmək mümkün deyil. Ümumiyyətlə isə, autsorsinq «cəbhəsində» toplanmış təcrübə bəyan edir ki, bu sferada fəaliyyəti bölüşmüşlər 50%-dən çox istehsal xərclərinə qənaət edirlər. Elə bu baxımdan da istehsal xərclərinin 30-40% azaldılmasını qarşıya məqsəd qoymuşların müvafiq istəklərinə autsorsinqsiz nail olması çətin məsələdir. Əslində burada söhbət istehsal xərcərindən deyil, tədavül xərclərindən və ya transsaksion xərclərdən gedir. Bu xərcləri müştəri axtarışı, satış müqavilələrinin bağlanışı, əmtəənin alıcıya çatdırılması ilə əlaqədar istənilən kompaniya çəkir. Analoji xərclər isə bu sahədə ixtisaslaşmış müəssisələrdə həmişə kiçik olur. Başqa sözlə, istehsal xərcləri əsas məhsulu hazırlayan və autsosrser təşkilatda təxminən eyni olacaq. Lakuin tədavül xərcləri isə nəzərə çarpacaq dərəcədə fərqlənəcəkdir. Məhşur biznes filosofu Piter Drukerin menecment formulasına görə ətməənin qiymətində istehsalçı 15-25% paya malik olur. Qalan 75-85% bazar infrastukturunun /ticarət, reklam, satış, istehlakçılarla rabitə, nəql və saxlanma, satışdan sonrakı xidmətlər və sair./ sahiblərinə düşür. Buradan da istənilən kompaniya üçün ən mühüm intellektual kapitalın istehlakçılarla qarşılıqlı əlaqənin inkişafı çıxış edir.
Autsorsinqin milli neft sektorunda tətbiq effektivliyinə gəldikdə isə qeyd olunmalıdır ki, bu proses özünün standart statuslu adlanışı ilə olmasa da, ayrı-ayrı müşətərək müəssisələr və yardımçı biznes qurumlar formatında artıq ölkəmizdə reallaşmışdır. Təhlili müşahidələr və aparılan hesablamalar göstərir ki, milli neft sektorunda autsorsinqin daha geniş və səmərə verəcək obyektləri sırasında respublikanın neft və qaz emalı zavodları çıxış edə bilər. Belə ki, bu müəssisələrdə texnoloji tsiklə uyğun olaraq çoxsaylı köməkçi stukturlar mövcuddur. Bu strukturlarda autsorsinq qurumları yaratmaqla personalın sayını azaltmadan xərcləri 20-30% həcmində azaltmaq və daha yüksək keyfiyyətə nail oluna bilər. Bundan başqa istehsalla bağlı neftqazçıxarma müəssisələrində də autsorsinq təyinatlı stukturlar təyin etmək mümkündür. Bu sıraya tikinti, nəqliyyat, xüsüsi texnika, elektrik avadanlıqları bölmələri aid olunur. Ümümilikdə isə beynəlxalq təcrübədə sınanmış, daha çox tədavül sferasını əhatə edən autsorsinq proseslərinin: personalın idarə edilməsi, mühasibat uçotu, marketinq, reklam işi, logisitik fəaliyyət üzrə biznes-proseslərin tətbiqinin milli neft sektorunda fəaliyyət optimaillığının artmasına imkan verəcəyi hədəf götürülür.
107.Process of outsourcing and optimality its application in national sector. A national Academy of sciences of Azerbaijan Institute of Economy. Baku: 2006. 0,1 p.sh.