Archive
List of scientific works / PROSPECTS OF APPLICATION IN NATIONAL OIL SECTOR OF TECHNOLOGICAL AUDIT AND CERTIFICATION OF A HYDROCARBONIC PRODUCT
ADİU, i.e.n. E.M.Hacızadə
TEXNOLOJI AUDITIN MILLI NEFT SEKTORUNDA TƏTBIQ PERSPEKTIVLƏRI VƏ KARBOHIDROGEN MƏHSULUNUN SERTIFIKASIYASI
Texnoloji audit təbiətdən istifadənin ayrılmaz hissəsi olaraq yerin təkinin öyrənilməsi effektifliyinin artırılmasi, istifadəsi, qorunması və təkrar istehsalı ilə bağlı məqsədləri ehtiva edir. Bütün bu sadalananlar texnoloji mahiyyət daşıyaraq audit prosesində müvafiq optimallığı artırır.
Texnoloji auditin uyğun sahəvi ekspertizadan fərqi ondan ibarətdir ki, bu proses zamanı mövcud göstəricilər səviyyəsini konstatasiya etməklə o indikatorlarla müqayisə edirlər ki, onlar yerin təkinin mühafizəsini və təbii resurslardan istifadənin rasional və kompleks inkişaf istiqamətini təyin edir.
Karbohidrogen məhsulunun istismarı və istehsalı ilə bağlı industriyada texnoloji audit, həm də sertifikatlaşma aləti funksiyasını yerinə yetirir. Bu aspekt son zamanlar karbohidrogen məhsulunun əmtəə çeşidinin genişlənməsi istiqamətində yeni təzahürlərin formalaşması ilə bağlı daha da aktuallaşmışdır.
Karbohidrogen məhsulunun sertifikatlaşması onun texnoloji keyfiyyətini əhatə edən sənaye dəyəri ilə xarakterizə olunur. Bu sertifikatlaşma əslində karbohidrogen məhsulunun hasilatı ilə bağlı mədən sənayesində müxtəlif təyinatlarla çıxış edir. Belə ki, kondensatla bağlı markerləşmə prosesi hələ ki, sərt tələbli deyil. Mühüm istehlak və ixrac məhsulu olan təbii qazın çeşidlənməsi prosesində keyfiyyət dəyişiklikləri yeni dövriyyə yığımındadır. Daha üstün tələblər isə neft hasilatı sferasında cərəyan edir.
Aparıcı neft kompaniyaları bazar tələblərindən çıxış edərək istismar zonasının genişliyinə və yataqlar kateqoriyası amilinə rəğmən hasil etdikləri xam nefti marker növünə ayırmaqla çeşidləməyə məhkumdurlar. Bu məqsəd isə neftin keyfiyyəti üzrə müvafiq bank yaradır. Burada əsas amil kimi iki mühüm indikator: kükürdlülük faizi və Amerikan Neft İnstitutunun /ARİ/ standartları fonunda sıxlıq dərəcəsi götürülür. Belə müəyyənləşdirməni isə istehsalçı şirkətlə yanaşı müsətəqil texnoloji audit qurumları həyata keçirirlər.
Neftin keyfiyyət bankının yaradılması və bununla da müvafiq texnoloji audit təsisatlandırılması Azərbaycanın neft istehsalçıları üçün də mühüm iqtisadi əhəmiyyət daşıyır. Bu, ilk növbədə respublikamızın neft ehtiyatlarının zənginliyinə istinad edən istismarın inteqrasiya faktorları və yüksələn ixrac potensialı ilə bağlıdır.
Azərbaycan nefti öz keyfiyyətinə görə həmişə əhəmiyyətli üstün mövqedə dayanmışdır. Bu keyfiyyət üstünlüyü hazırda dəniz şelfi və quru ərazilər bölgüsündə istismarda olan 54 neft yatağı üzrə ayrı-ayrı fərq düzümündədir. Belə fərqlilik və eyni zamanda genişlənən müvafiq biznes fəaliyyəti isə milli neft sektorunda da texnoloji auditin təsisatlandırılması zərurətliyini artırır.
Apardığımız təhlil milli neft sektorunda texnoloji auditin təsisatlandırılması istiqamətində aşağıdakı keyfiyyət dəyişiklərinin təzahürünü əsaslandırır:
- yerin təkinin öyrənilməsi effektivliyinin artırılması, istifadəsi, qorunması və təkrar istehsalının gücləndirilməsi;
- resurslardan istifadənin rasional və kompleks inkişafın təmin edilməsi;
- neftin markerləşməsi, sertifikatsiyası prosesinin optimallaşması və müvafiq keyfiyyət bankının təsisatlandırılması;
- audit spektrinin genişlənməsi;
- milli neft sektorunun informasiya təminatlılığının gücləndirilməsi və sahəyə investisiya axınının genişləndirilməsi;
- ixrac potensialından daha səmərəli istifadə olunması;
- texniki-istehsal və ekoloji mədəniyyətin yüksəlişi.
Hesab olunur ki, respublikamızda texnoloji auditin təsisatlandırılması üçün yetərli institusional və kadr resursu, həmçinin yüksək iqtisadi tələblər mövcuddur. Bu baxımdan yeni audit sisteminin milli neft sektorunda tətbiqi sahəvi və eyni zamanda bütünlüklə ölkə iqtisadiyyatında yeni keyfiyyət dəyişiklikləri ilə müşayiət olunacaqdır.
105.Prospects of application in national oil sector of technological audit and certification of a hydrocarbonic product. A role of the financial control over acceleration of social and economic development. The international scientific-practical conference. Chamber of Auditors of the Azerbaijan Republic, Azerbaijan State Economic University. Baku: 2006. 0,1 p.sh.