Archive
List of scientific works / PROSPECTS OF DEVELOPMENT REGIONAL BUSINESS
AzDİU «Sosial-iqtisadi elmi-tədqiqat» laboratoriyasının müdiri, i.e.n.Elşən Mahmud oğlı Hacızadə
REQIONAL SAHIBKARLIĞIN INKIŞAF PERSPEKTIVLƏRI
XX əsrin ikinci yarsında qlobal kontekstdə kiçik biznes əyani olaraq nəhəng bizneslə müqayisədə özünün üstünlüyünü nümayiş etdirdi. Qısa bir zamanda sürətli dinamizmdə o, orta və böyük bizneslə birlikdə bazar iqtisadiyyatının özünütənzim mexanizminin yaradıcısına çevrildi. Avroatlantik məkanda isə son onilliklərdə iqtisadi yüksəlişin mühüm hissəsini və başlıca olaraq 80% yeni iş yerlərinin açılışını təmin etdi. İqtisadi effektivliyi ilə populyarlaşan kiçik biznes Sovetlər məkanında kooperativ hərakat, yeni müstəqil dövlətlərin təşəkkülünün ilk çağlarında isə kiçik müəsissələr epopeyası həlqəsində qərar tutdu. Lakin təcrübi kasadlıq, dövləti məhdud qayğı, kreditləşmə zəifliyi biznesin bu mərhələdəki inkişafında ortodoksallığı və dayanıqlılığı təmin edə bilmədi.
Praqmatizmə köklənən iqtisadi gerçəkliklər spektrı postsovet müstəvisində kiçik biznesin əhəmiyyət diapazonunun mühümlüyünü yenidən önə çıxartdı. Təcrübə göstərdi ki, kiçik biznes yabanı təşəkküllü və irəliləyişli deyil, məhz seleksion formatda inkişaf tapan iqtisadi sistem və kateqoriyadır. İlkin mərhələdə onun perspektivliyi bank kreditlərinə, subpodratçılar partnyorluğuna, fiskal imtiyazlara, vergi güzəştlərinə əsaslanmadan, subsidiya və dotasiyalarsız, ümumən isə dövləti müdafiə olmadan çətin və qeyri-real mümkünatlıdır.
Müasir zamanda kiçik biznesin əsaslı qəralaşmasında yeni institusional sistemlərdən və iqtisadi mexanizmlərdən geniş istifadə olunur. Bu sırada biznes inkubatorları adlanan təsisatlara mühüm və əhəmiyyətli yer ayrılır. Biznes inkubatorları /Bİ/ ön təyinatda fəaliyyət başlanğıcında çətinliklər çəkən kiçik sahibkarlığa ilkin dəstək olaraq icarə əsasında kommunikasiya vasitələri, kompüter, ofis texnikası, inventarlar, iş və istehsal otaqları vermək missiyasını yerinə yetirir. Sahibkarlar, alim və ixtiraçılar öz ideyaları əsasında kommersiya fəaliyyətini gerçəkləşdirmək istədikdə Bİ-lər onlara lazimi informasiya və konsaltinq xidməti də göstərirlər. Bir qayda olaraq Bİ-lər bazarda potensial tələbli, məlum texniki həllini tapmış, müasir texnoloji proseslər, «nou-xau»-lar əsasında qurulan yeni və təkmil məmulatlar istehsalı və xidmətlər qoyuluşunu əhatə edir. Bİ-lər strategiyasından innovasion ideyalara əsaslanan kommersiya layihələrinin ilkin və riskli mərhələsində, təcrübi və seriyalı istehsal tsiklinin təşkili üzrə də istifadə olunur. Müəssisələrin formalaşması və inkişafını hədəf seçən Bİ-lərin başlıca göstəricisi buraxılmış firmaların sayı və yeni iş yerlərin açılışı ilə xarakterizə edilir. İlk dövriyyədə Bİ-lər yerli orqanların, sənaye korporasiyalarının, müxtəlif fondların vəsaitləri hesabına fəaliyyət göstərir və sonradan icarə haqları hesabına öz müstəqilliyinə təminatçı olurlar. Lokal çevrədə Bİ-lərin effektivliyinin kiçik biznesin inkişafında uğuru subuta yetmişdir. Tam və tutarlı inkişafda kiçik müəssisələr məhz Bİ-lərdən dolğun dəstək alırlar.
İlk Bİ-lər dünya təcrübəsində 1959-cu ildə ABŞ-da təşəkkül tapmışdır. Belə ki, fabrikin bağlanışından sonra boş qalmış otaqda işsiz insanlar özlərinin Bİ oxşarlı ilk kiçik müəssisələrini açmışlar. Bu təcrübədən qaynaqlanarvaq artıq dünya təsərrüfatında məhdud arealda olsa da, 1985-ci ildə 70, 1992-ci ildə isə 470 Bİ fəaliyyət göstərmişdir. Avropa Birliyi /AB/ ölkələrində Bİ-ləri «İnnovasiya və sahibkarlıq mərkəzləri» /Centro de Emperesas and Innavacon - CEI və ya Business and Innavacon Centre - BIC/ adlandırılırlar. Belə şəbəkəli mərkəzlərin yaranışı AB-nin kiçik biznesi, iqtisadi artımı və xüsusən də, regional inkişafı təmin etməyin və sürətləndirməyin əsas prinsiplərindəndir. Müasir dövrdə Avropa qitəsində Bİ şəbəkəsi geniş bir coğrafi dairəni əhatə edir. Bİ-lər struktur özəllikdə məxsusi olaraq aşağıdakı təsnifat bölgüsünə malikdirlər:
- sosial funkisiyanı yerinə yetirərək spesifik məntəqə probleminin həllində müvafiq kommersiya layihəsini reallaşdıran yerli təşəbbüs cəmiyyətləri;
- bazara müqavimətdə özlərinin zəifliyi ilə xarakterik olan xüsüsi qruplara: gənclər, qadınlar, milli azlıqlara xidmət göstərənlər;
- kommersiya layihələri üzrə icarəni təmin edənlər;
- innovasion texnologiyalar yaranışına və yeni obrazlı məhsullar istehsalına dəstək olanlar;
- bütün adi xidmətlərlə yanaşı, xüsusi olaraq informasion təminat və konsaltinq xidməti göstərən virtual Bİ-lər.
Sahibkarlığa kömək üçün regional aspektdə institusional infrastrukturun inkişaf planında Bİ-lərlə eynən sırada müxtəlif texnoloji parkların /texnopark/ yaranış ideyası da dayanır. İnfrastrukturun əlverişli inkişafını təmin edən texnoparkın əsas fəaliyyət məramı regional spektrdə industriyanın qabaqcıl sahələrinin formalaşdırılması, yerli elmi-texniki və istehsal potensialının yüksəldilməsi şərtliliyindən çıxış edir.
Müasir dunya iqtisadiyyatında texnoparklar elmi-texniki tərəqqinin lokomotivi hesab olunurlar. Burada müvaiq siyasət seçiminin taktiki və starteji prinsiplərinin öncüllüyü mühüm amil sayılır. İqtisadi islahatlar sferasıda mühüm nailiyyətlər əldə etmiş Çində 20 ilə yaxındır ki, texnopark şəbəkəsinin genişləndirilməsi regional siyasətin əsas prioritetlərindən biri kimi tətbiqini tapır.
Texnoparklarda kiçik müəssisələr üçün Bİ-lər yaradırlar. Texnopark sahibkarlıq və Bİ-lər vəhdətində texnoloji-innovasion mərkəzlərin struktur modelini ehtiva edir Bu uzlaşmadan çıxış edərək bəzən doğru interpretasiya olmunmasa da Bİ-ləri texnoparklar da adlandırırlar.
* * *
Lənkəran İqtisadi Rayonunun dayanıqlı sosial irəliləyişinin təminatında müasir regional inkişaf seqmentlərinin tətbiqi yeni zonal status-kvonun açılışını mühüm institusional amilə çevirir. Bu təyinatla heç də bütünlükdə bölgə tam miqyaslı və normativli geniş offşor zona elan edilmir. Burada offşorluğun turizm mərkəzi, azad sahibkarlıq, istehsal və azad bank kimi əlahiddə komponentləri seçimə təqdim olunur. Üstünlük isə innovosion prosesin aktivləşdirilməsinə köklənən Azad İqtisadi Zonanın texnopolis forması kontekstində xarici invenstoru, milli sahibkarlığı, yerli elm mərkəzlərini, sənaye firmalarını, maliyyə və material resurslarını birləşdirərək, konstruktor və texniki emalda ehtiva olunan yeni seriyalı istehsal təşkil edən müştərək sahibkarlığın reqional növü - elmi-sənaye parkı və texnopark şəbəkəsinə verilir. Şübhəsiz ki, texnopark müstəvisində Bİ-lərin eksklüzivliyi də təmin olunur. Burada, həmçinin, ayrı-ayrı sahibkarlara, kommersial təşəbbüs qruplarına fəaliyyət effektivliyinin təminatı üçün akkreditasiya tarixindən müəyyən vaxta qədər müvafiq imtiyazların, vergi güzəştlərinin tətbiqi də nəzərdən keçirilə bilər.
Müasir sənaye və arxitektur landşaftın tələblərinə uyğun qurulan texnoparkın mühüm infrastruktur elementlərini universitetlərə, elmi-tədqiqat institutlarına, mobil kommunikasiya sistemlərinə, xüsüsən də, aeroport, dəmir yolu, gəmi nəqliyyatına yaxınlıq kimi aksessuarlar təşkil edir. Bu aksessuar yetkinliyi isə Lənkəran İqtisadi Rayonunun cografi, demoqrafik və iqtisadi struktur komponentlərinə tamlıqla adekvatdır.
Mərkəzi dövləti dəstəklə yanaşı, həm də, yerli qurumlar və sahibkarlar kapitalına istinad edərək xüsusi fonddan qaynaqlanan texnopark və Bİ-lər təsisatının Lənkəran İqtisadi Rayonunda tətbiqi geniş regional iqtisadi səmərəliliklə müşayiət oluna bilər. Lakin etiraf edilməlidir ki, respublikamızda müvafiq təcrubə reallığı yox səviyyəsindədir. Bu gerçəklik sıxıntılara vəsilə olmamalıdır. Təhlil və araşdırmalar bir daha göstərir ki, müvafiq milli reqional inkişaf strategiyasının pilot meydanında üstün məcmu əlverişli şəraiti və potensialı ilə məhz Lənkəran İqtisadi Rayonu fərqli səmərə yaratma imkanlıdır.
Regional texnoparklar və Bİ-lər şəbəkəsi fikrimizcə, kiçik və orta biznes konfiqurasiyasında müvafiq iqtisadi zonada aşağıdakı elmtutumlu istehsal sahələrinin yaranışına imkanlar açır:
¯ rəqəmsal texnologiyalar;
¯ enerjiqoruyucu sistemlər,
¯ səhiyyə avadanlıqları;
¯ ekoloji mühafizə cihazları;
¯ sitrus-seleksiya texnikası;
¯ yaxta konstruksiyalı gəmilər istehsalı;
¯ biotexnologiyalar və genetik mühəndislik tədqiqatları.
Məhz kiçik və orta biznes müəssisələri lokal resurslara istinad edərək regional inkişafın əsasında dayanır. Onların hərəkət şəraiti isə davamlı iqtisadi artıma və dayanıqlı regional tərəqqiyə təminatçı olur. Kiçik və orta biznes sferasının genişlənməsinə əsaslanan intervensionizm və fərdi proteksionizmdən qaynaqlanan təsir metodları regional siyasətin inkişaf ssenarisini formalaşdırır. Lənkəran İqtisadi Rayonunun timsalında isə müvaiq regional inkişaf ssenarisi aşağıdakı blok prioritetlərdə ehtiva oluna bilər:
- regionun balanslaşdırılmış və proporsional inkişafının təminatı, onun strukturunun optimallaşdırılması;
- müəssisələrin rəqabətqabiliyyətinin yerli və inteqrasion miqayasda yüksəldilməsi;
- adekvat investision iqlimin formalaşdırılması;
- region iqtisadiyyatının mümkün beynəlmiləlləşdirilməsi;
- rifahi yükəsəliş, məşğulluğun təminatı, sosial infrastrukturun inkişafı.
Yeni sosial-iqtisadi, elmi-texniki inkişaf təzahüründə Lənkəran İqtisadi Rayonu yalnız periferik qayğılarla deyil, həm də mühüm dövləti sifarişlərin yerinə yetirilməsinə səfərbər olunan müvafiq servis zonasına da çevrilə bilər. Buna qətiyyətli nail olmaq üçün isə təhlil və elmi şərhi verilmiş texnoloji parklar və biznes inkubatorları vəhdətində milli regional inkişaf strategiyasının tam miqyaslı formalaşması və yüksək əzmkarlıqla reallaşması gerçək həllini tapmalıdır.
88.Prospects of development regional business. «Ppospects of using of natural resources and economik of southern region of Azerbaijan. Republican conference. Lankoran the State University. (coaut hors - A.B.Abbasov). Lankoran. 2004. 0,3 p.sh.