gototop gototop

List of scientific works / IMPROVEMENT MANAGEMENT OF SOCIAL PROCESSES IN AN OIL AND GAS COMPLEX

05.01.2012

AzDİU, i.e.n. E.M.Hacızadə

 

NEFT-QAZ KOMPLEKSİNDƏ SOSİAL PROSESLƏRİN İDARƏ EDİLMƏSİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

 

Sosial proseslərin səmərəli idarəedilməsi menecmentin bütün sahələrində olduğu kimi mükəmməl informasion təminat tələbində bulunur. Bu informasiyalar çeşidində idarəetmə uçotunun hesabatları ilə yanaşı məxsusi analitik məlumatların da əldə olunması sosial proseslərin idarəedilməsinin vacib elementləri sırasına qatılır. Təşkilati rəhbərlik qərarvermədə mövcud informasiyalar verifikasiyasını, prosesin daha spesifik analitik məlumatlarla zənginləşdirilməsini isə aparılan sorğu tədqiqatları ilə həyata keçirir.

Müasir məqamda məxsusi universallığı ilə fərqlənərək insanların hərəkət və düşüncələrinin nədən ibarət olduğunu bilməyin yeganə üsulu və ən sınanmış metodu kimi, məhz sosial sorğu prosesi çıxış edir. Burada tədqiqat fövqündə üstün olaraq sosial problemin aşkarlanması, işlənərək müavafiq proqram əsasında reallaşdırılması məqsədi dayanır. Neft-qaz kompleksində də sosial problemlərin həlli eyni metodoloji prinsiplər üzərində qurularaq gerçəkləşdirilir. Müvafiq proqram mövcud təsərrüfat resurslarının potensialına istinad edərək tərtib olunur və aparılan sosial tədqiqatlar aşkarlanmış sosial problemləri rancir düzümündə formalaşdıraraq daha kəskin və həyati əhəmiyyətli məsələnin həllini prioritet kimi ön cərgəyə çıxarır.

Maliyyə imkanlı müəsissə müvafiq vəsaitlərə malikliyinə rəğmən mövcud sahədə ixtisaslaşmış təkilati sosial tədqiqatların keçirilməsinə cəlb edə bilər. Daha miqyaslı neft-qaz profilli müəssisələrdə isə bu və ya digər analoji proseslərin həyata keçirilməsində məxsusi struktur olaraq sosioloji xidmət qurumlarının yaradılması vacib sayılır. Belə olan halda sosial problemlərin aşkarlığı və həllinə yönəlmiş sorğu proseslərinin mütəmadi aparılması təmin edilir.

Müəssisələrdə sosial idarəetmə formulu kimi, kollektivin, onun ayrı-ayrı sosial qrup və fərdlərinin fəaliyyətinin müxtəlif faktorlarına məqsədyönlü təsir aspektində sosial proseslərin tənzimlənməsilə müvafiq optimal şəraitin yaradılmasının hadisə və hərəkətlər sistemi anlaşılır. Fəaliyyət reputasiyasını üstün tutan özünə rəqbətli təşkilat sosial sıxıntıların təcrid edilməsi ilə istehsal imicini daha da artırmış olur. Neft-qaz profilli təşkilatlarda isə belə münasibət spesifik amillər konfiqurasiyasında zəruri və labüd bir reallıqdır. Buna görə də neft-qaz kompleksi müəssisələrində sosial xidmət strukturları həmkarlar təşkilatları ilə birlikdə kollektivin əmək və məişət şəraiti, işçilərin, onların ailələrinin sağlamlıq qayğıları və istirahətində ehtiva olunan sosial-inkişafın illik plan və proqramlarının hazırlanmasını təmin etməyə məsuldurlar.

 

85.Improvement management of social processes in an oil and gas complex. Problems of family: social-demographic aspects. Scientific-practical conference. Baku: 2004. 0,1 p.sh.