gototop gototop

List of scientific works / VENCHUR THE CAPITAL AND PROBLEMS EXPANSION OF APPLICATIONS OF SPHERE IN NATIONAL ECONOMY

07.01.2012

AzDİU, i.e.n. E.M.Hacızadə

 

VENÇUR KAPİTALI VƏ ONUN MİLLİ İQTİSADİYYATDA

TƏTBİQ SFERASININ GENİŞLƏNDİRİLMƏSİ PROBLEMLƏRİ

 

Risketmə mənasını ifadələndirən vençur kapitalı biznes orbitində ötən əsrin 60-cı illərində ABŞ-da formalaşmış və növbəti onillikdə Avropaya yol açmışdır. Hazırda Avroatlantik məkanda minlərlə vençur təyinatlı biznes kompaniyaları fəaliyyət göstərirlər. MDB məkanında və başlıca olaraq Rusiyada vençur biznesi TASİS və Avropa Yenidənqurma və İnkişaf Bankının təşəbbüsləri əsasında dərin təşəkkül tapmaqdadır. Bu sırada ölkəmizdə müvafiq qeyri-hökumət təşkilatı fəaliyyət göstərsə də, vençur biznesi sferasında mütərrəqi nailiyyətlər nəzərə çarpmamış və onun tətbiq diapazonu məntiqi reallıqlar səviyyəsinə yüksəlməmişdir.

Yüksək biznes riskliliyi ilə fərqlənən vençur kapitalı məxsusi sxematik hərəkət strukturuna malikdir. Bu sxematik quruluşa görə vençur kapitalisti özəl kompaniya yaradaraq investorlardan pul yığımı təşkilini təmin edir. Sonra isə cəlbedici biznes layihəsi və onu gerçəkləşdirməyə müqabil sahibkar axtarışı aparılır. Müvafiq layihə ekspertizasından sonra investora nizamnamə fondu və ya səhmlər paketi müqabilində, bir neçə il müddətinə mübadilə zəminində fəaliyyət təklif olunur, nəticədə biznes riskini bölüşdürən tərəflər uğur perspektivində mənfəət sahibinə çevrilirlər.

Empirik olaraq məhdud zaman kəsiyində yüksək riskli mənfəət üçün hesablanan vençur kapitalı biznes fəaliyyətində alim potensialı və mühəndis istedadının tam dövriyyədə hərəkətini təmin edir. Ən geniş mənada o, elmi-texniki işləmələrin kommersializasiyasının sürətləndirilməsinə xidmətdə bulunur, mürəkkəb strukturlu biznes layihələrinin reallaşmasına zəmin olur.

Vençur biznesinin Azərbaycan Respublikasında inkişafı üçün institusional rekonstruksiyaya və ondan irəli gələn, bir sıra adekvat əhəmiyyətli tədbirlərin görülməsinə ehtiyac vardır. Burada ilk öncə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması və mütəmadi olaraq təkmilləşdirilməsi zərurəti əhəmiyyət kəsb edir. Bununla belə, müvafiq iqtisadi fəalliyyət sferasının genişləndirilməsində xüsusi likvid fondunun və vençur infrastrukturunun yaradılması da vacib şərtlərdəndir.

İqtisadiyyatın inkişafına vençur kapitalının cəlb edilməsi təşəbbüsləri qiymətləndirilməli, liberiallaşan iqtisadi prosesdə vençur seqmentindən yetərincə istifadənin işlək mexanizmləri hazırlanmalıdır. Vençur kapitalının geniş tətbiqi yeni texnologiyaların, innovasiyaların, «nou-xau»ların ölkəmizə gətirilməsində, kiçik və orta biznes müstəvisində strateji layihələrin reallaşmasında mühüm iqtisadi alətə çevrilməlidir.

83.Venchur the capital and problems expansion of applications of sphere in national economy. Social and economic problems of development of cooperation in conditions of the market /the collection of clauses/ Azerbaijan University of Cooperation. Scientific-practical conference. Baku: «Cooperation». 2004.0,1 p.sh.