gototop gototop

List of scientific works / THE SYSTEM AND SITUATIONAL APPROACH IN THE ANALYSIS INVESTMENT PROJECTS

08.01.2012

ADİU, i.e.n. E.M.Hacızadə

 

İNVESTİSİYA LAYİHƏLƏRİNİN TƏHLİLİNDƏ SİSTEMLİ

VƏ SİTUASİON YANAŞMA PRİNSİPLƏRİ

 

Açıq və mürəkkəb sistem təzahürünə malik layihələr özündə müxtəlif çeşidli elementləri ehtiva edirlər. Layihələrin iqtisadi əsaslandırılması və müvafiq olaraq təhlili aparılarkən bu elementlər sırasında onu gerçəkləşdirən iştirakçı tərəflərin səyləri və əzmkarlığı ön mövqedə dayanır. Layihə reallaşma predmetinə çevrildikdə maraqlı tərəflərin davranışlarının öyrənilməsi və adekvat təhlilinin aparılması mühüm əhəmiyyət kəsb edir. Bu kompleks hərəkət və fəaliyyət şəbəkəsi isə sistemli yanaşma həlqəsini formalaşdırır və onun tətbiqinə qaçılmazlıq gətirir.

Sistemli yanaşma metodlar silsiləsi və toplumu deyil, layihənin mürəkkəb təbiətini, onun həmcins olmayan strukturunu nəzərə alan düşüncə üsulu və baxış tərzidir. Belə ki, layihənin gerçəkləşdirilməsinə çoxsaylı xarici və daxili amillər təsir göstərir və bu təsir spektrində isə hər bir komponent özünün müvafiq missiyası ilə çıxış edir. Nəzərə çəkilən amillərin qeydə alınması təqdim olunan sistemli yanaşma orbitinə istinad edərək, situasiyalı yanaşma çərçivəsində aparılır.

Situasiyalı yanaşmanın leytmotivində konkret vəziyyətə cavab verən qərardan daha kamil digər bir qərarın mövcud olmaması prinsipi dayanır. Bu elmi-analitik görüntü alternativ rakursda situasiyaya müvafiq ən üstün seçimli qərarın tapıntısı kimi interpretasiya olunur.

İnvestisiya layihələrinin təhlili aparılarkən sistemli və situasion yanaşmanın mahiyyət birliyi onunla əlaqələndirilir ki, hər bir iştirakçı tərəf üçün mövcud müstəvidə səmərəlilik meyarları məxsusi əhəmiyyət kəsb edir və bu əhəmiyyət vəziyyətdən asılı olaraq qərar qəbul etmədə ilkin təyin olunmuş fokus vektorlarını dəyişir.

Müvafiq sferada aparılan tədqiqatlar göstərir ki, layihələrin təhlili və iqtisadi əsaslandırılması gerçəkləşdirilərkən iki yanaşmadan birinin və ya onların müvafiq elementlərinin təcridi səmərliliyi məhdudlaşdırır. Əks halda isə layihənin təqdim olunan prinsiplər əsasında təhlilində hər iki yanaşmanın tətbiqi təhlükəsizlik indikatorlarının nizamlanması və tənzimlənməsi funksionallığını artırır, onun risklilik həlqəsini daraldaraq səmərəliliyi təmin edir. Buna görə də məqsəd və nəticəlik aspekti vəhdətində investision layihənin işlənməsi və reallaşdırılmasında sistemli və situasion yanaşmaları qovuşduran model düzümünün öncədən qurulması zərurətləri meydana çıxır.

 

82.The system and situational approach in the analysis investment projects. Social and economic problems of development of cooperation in conditions of the market /the collection of clauses / Azerbaijan University of Cooperation. Scientific-practical conference Baku «Cooperation» 2004. 0,1 p.sh.