gototop gototop

List of scientific works / REAL HYDROCARBONIC POTENTIAL IN VIRTUAL SPACE «TURAN»

02.02.2012

i.e.n. E.M.Hacızadə

ADİU-nun Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyasının müdiri

 

TÜRKDİLLİ DÖVLƏTLƏRİN REAL KARBOHİDROGEN POTENSİALI

 

Yaranmış yeni geosiyasi situasiyadan qaynaqlanaraq türkdilli dövlətlərdə mövcud karbohidrogen potensialının qiymətləndirilməsi daha aktual xarakter almışdır. Bu aktuallıq XXI yüzillik boyunca planetin iqtisadi həyatında karbohidrogen resurslarının dominant mövqeyinin qorunacağı, qlobal axının güclənməsi və regional inteqrasiyanın dərinləşməsi kontekstində bir coğrafi silsilədə yerləşən, təsərrüfatçılıq ukladları oxşar olan məmləkətlərdə qarşılıqlı faydalılıq əsasında iqtisadi əməkdaşlığın dərinləşməsi tələbi ilə daha səciyyəvi olmuşdur.

Planetin ümumi daxili məhsulunun 1,5%-i, sənaye məhsulunun isə 1,3%-i yaradılan Türkiyə də daxil olmaqla müstəqillik əldə etmiş türk cümhuriyyətlərində yalnız proqnoz neft ehtiyatları kommulyativ toplumda 23113,3 milyon ton təşkil edir. Müvafiq göstərici adambaşına təsnifatda isə 185 tona ekvivalent tutulur. Bu konfiqurasiyada daha cəlbedici mövqedə üç dövlət - Azərbaycan, Qazaxıstan və Türkmənistan dayanır. Məhz bu məmləkətlərdə karbohidrogen resurslarının digər növləri – təbii qaz və kondensat da bolluq təşkil edir. Xəzərin təbii qaz potensialı öz proqnoz təsdiqini tamlıqla tapdığı təqdirdə ümumi şərti yanacaq müqabilində bu ölkələrdə karbohidrogen resurslarının adambaşına düşən bölgüsü 600 tonu aşa bilər.

Türk cümhuriyyətləri ilə yanaşı, dünya xəritəsində türkdilli xalqların məskunlaşdığı və kompakt yaşadığı yetərli ərazilər mövcuddur. Rusiyanın əsas neft mərkəzlərinin cəm olduğu Sibir torpaqları, Cənubi Qafqaz regionu, Volqaboyu hövzə, federasiya subyektləri - Tatarıstan və Başqırdıstan da zəngin karbohidrogen potensialı ilə fərqlənirlər. Bununla belə, İranda azərbaycanlıların, İraqda kərküklərin birgə yaşadığı bölgələrdə, Çində Uyğurustanda, o cümlədən türkdilli xalqların məskunlaşdığı digər əzəli türk torpaqlarında da karbohidrogen resursları yetərincədir.

Zəngin təbii resurslar regional inteqrasiya aspektində dünya iqtisadiyyatında yeni iqtisadi güc mərkəzinin formalaşması və müvafiq ölkələrin iqtisadi simasını əsaslı dəyişdirmək imkanındadır. Türkdilli dövlətlərin izafi karbohidrogen ehtiyatlarına rəğmən yeni toplumda birləşməsi neft-qaz industriyasının və onu əhatə edən iqtisadi infrastrukturun bütün şəbəkəsini əhatə etməlidir. Nəzərə çəkilən iqtisadi inteqrasiya hüquqi forma orientasiyasına varmadan, fikrimizcə, aşağıdakı institusional təsisatında təzahürünü tapmalıdır:

  • Ø karbohidrogen resurslarının hasilat və reallaşmasının vahid koordinasiya mərkəzi;
  • Ø Şaquli İnteqrasiya olunan transmilli neft korporasiyası;
  • Ø regionda neft-qaz birjası
  • Ø müştərək karbohidrogen resursları fondu;
  • Ø Türk neft bankı;

Türk dünyasının böyük inteqrasiyası həmin ölkələr üçün yalnız iqtisadi dividendlər deyil, həm də siyasi gücün, sosial inkişafın və milli-mədəni dəyərlərin yüksəlişinə də təkan verəcəkdir. Bütün bu yaranışların səmərəli istifadəsi perspektivi digər quruculuq seqmentləri olan daxili energetik balansın tənzimlənməsi, dayanıqlı neft-qaz resursları bazasının, vahif enerji sisteminin formalaşmasını, Böyük İpək Yolu nəqliyyat dəhlizindən daha rasional istifadəni və habelə Xəzərin cənubundan dünya okeanına çıxışı təmin edəcək nəhəng kanalın çəkilişi kimi digər mühüm regional infrastruktur elementlərinin də stimullaşmasına zəmin olacaqdır.

59.Real hydrocarbonic potential in virtual space  «Turan». Caucasus andCentral Asia in globalization process.GafgazUniversity. Association of Economists. International conferenceBaku: 2003 0,1 p.sh.