gototop gototop

List of scientific works / ROLE INTEGRATION OF CONTROL SYSTEMS INTO AN OIL-AND-GAS COMPLEX

06.02.2012

ADİU, i.e.n. E.M.Hacızadə

 

NEFT-QAZ KOMPLEKSİNDƏ İNTEQRİR

İDARƏETMƏ SİSTEMLƏRİNİN ROLU

 

Neft-qaz sənayesində idarəetmə və qərarvermənin operativliyinin yüksəldilməsində müasir mobil İnteqrir İdarəetmə Sistemlərinin /İİS/ təşkili iqtisadi effektivliyi ilə fərqlənir. Kompüter texnikası vasitələri və müvafiq proqramlar əsasında qurulan İİS-lər istehsal prosesinin optimallaşdırılmasında, əksər texniki problemlərin həllində və eyni zamanda daxili audit şəbəkəsinin təkmilləşdirilməsində əhəmiyyətini artırır. Bu effektivlik istehsal və idarəetmə prosesinə lazım olan bütün mümkün informasiyaları vahid bazada akkumulyasiya edərək idarəetmə sisteminin səmərəliliyini qaynaqlandırır. İİS sistemində məlumatlar mübadiləsinin biznes-sistem və Avtomat İdarəetmə Sistemləri /AİS/ arasında şaquli kəsişmələri vardır. Müvafiq prosesi aşağı və yuxarı axın istiqamətliləri kimi də qiymətləndirmək olar. Aşağı axın - aşağı texnoloji səviyyəni xarakterizə edir və burada istehsal tapşırıqları, iş qrafikləri və texnoloji reqlamentlər əksini tapır. Yuxarı axında isə texnoloji sahələrdən və sexlərdən qəbul olunan istehsal informasiyası toplanır. İdarəetmə şəbəkəsinin İİS formatında təşəkkülü qərarvermənin operativliyini yüksəltməklə yanaşı, həm də uçot işini nizamlayır və menecerləri mütəmadi monitor nəzarətli informasiyalarla təmin edir.

İİS-lərin davamlı yeniləşmə və təkmilləşməyə köklənən strukturu həmçinin vaxtaşırı xidmət və profilaktik tədbirlərin görülməsini tələb edir. Bu reallıq isə sistemin investision təminatlılığını artırır. Bununla belə, İİS sistemində bir sıra mürəkkəb xarakterli çətinliklərlə qarşılaşma ehtimalı da vardır. Onları aşağıdakı kimi təsnifləşdirmək mümkündür:

  • Ø texnoloji;
  • Ø kadr;
  • Ø texniki;
  • Ø proqram;
  • Ø struktur.

Göründüyü kimi, kompüter texnikası və texnologiyaları əsasında qurulan sistem sadə montaj prosedurlu deyil. Proses yetərli kadr hazırlığı və idarəetmə strukturunun vacib istehsal bölümlərində dispetçer nəzarəti tələb edən monitor nəzarət şəbəkəsinin formalaşmasından keçir. Obyektiv mürəkkəbliklərə baxmayaraq, müasir modern neft-qaz profilli təşkilat idarəetmə və qərarvermənin operativliyinin yüksək səviyyədə təmin etmək üçün İnteqrir İdarəetmə Sistemini qurmağa borcludur. Müvafiq şəbəkə əsasında qəbul olunan informasiyalar yuxarı səviyyəli menecerləri kəmiyyət və keyfiyyətli istehsal göstəriciləri, texnoloji rejim, xərclər və əmək prosesi ilə bağlı məlumatlarla daha dolğun və operativ təmin edəcək, daxili auditin sisteminin səmərəliliyini artıracaqdır.

55.Role integration of control systems into an oil-and-gas complex. Problems of business in theAzerbaijanRepublic. Scientific - practical conference. Chamber of Auditors of theAzerbaijanRepublic.Baku: 2003. 0,1 p.sh.