Archive
List of scientific works / REFORMING SOCIAL AND ECONOMIC AN INFRASTRUCTURE IN TRANSFORMATION A STAGE
i.e.n. E.M.Hacızadə
TRANSFORMASİYA MƏRHƏLƏSİNDƏ SOSİAL-İQTİSADİ
İNFRASTRUKTURUN FORMALAŞMASI XÜSUSİYYƏTLƏRİ
Bəşəri yaşayışın müasir tələb və zərurətləri, transformasiya mərhələsində olan respublikamızda da yeni modern sosial-iqtisadi infrastrukturun formalaşmasını şərtləndirmişdir. Bu baxımdan ölkədə sosial siyasətin əsas məqsədlərində ifadə olunan dolğun rifahı təmin edən müasir sosial-iqtisadi infrastruktur elementləri aşağıdakı prioritetlərdə əksini tapmalıdır:
- əhalinin həyat keyfiyyəti və uzunömürlülük səviyyəsinin yüksəlişi;
- sağlam, aktiv yaradıcı nəslin formalaşması;
- yeni mədəni sferanın təşəkkülü;
- peşəkar təhsilin təkmilləşdirilməsi;
- əməyin ekoloji və erqonomik şəraitinin yaxşılaşdırılması;
- əmtəə və xidmətlərin həcm genişliyi və əhalinin ödənişqabiliyyətliliyinin yüksəlişi;
- mənzil şəraitinin keyfiyyət artımı və kommunal məskunlaşmanın ləğvi;
- gənclərə, təqaüdçülərə qayğının və həmçinin əhalinin bütün qrupları üzrə sosial müdafiənin gücləndirilməsi;
Bununla belə, əməkməşğullu əhalinin yaradıcı potensialının reallaşmasına yardım edən, xidmət sferasında sosial qarantlar verən, kommersiya fəaliyyətini gücləndirən obyektlərin inşaası, idman, turizm və asudə vaxtın rasional təşkili sahəsində mədəni kütləvi tədbirlərin işlənməsi və gerçəkləşdirilməsi, səhiyyə sisteminin təkmilləşdirilməsi sosial infrastrukturu rövnəqləndirən sosial siyasət prioritetləri sırasındadır. Müvafiq gerçəkliklərin tam təşəkkülü və dayanıqlı obrazda formalaşması yeniləşmə tendensiyasında islahat tədbirlərinə praqmatik yanaşma və bu zəmində institusional transformasiya zəruriliyini də önə çıxarır.
53.Reforming social and economic an infrastructure in transformation a stage. Scientific-practical conference devoted to research jobs of budgetary purpose of 2002.AzerbaijanState Economic University. ASEU.Baku: 2003. 0,1 p.sh.