Archive
List of scientific works / .STATE REGULATION IN OIL AND GAS INDUSTRY AND JURIDICAL PROVIDING INTO MARKET STANDARD ADAPTATION
ADİU, i.e.n. E.M.Hacızadə
NEFT-QAZ SƏNAYESİNDƏ DÖVLƏT TƏNZİMLƏNMƏSİ VƏ
NORMATİV-HÜQUQİ TƏMİNATIN BAZAR STANDARTLARINA ADAPTASİYASI
Bəşəriyyətin iqtisadi fəaliyyət sferası maddi nemətlər istehsalında insanlarla münasibətləri əks etdirən iqtisadi qanunlara tabedir. Bu qanunlardan biri də dövlətin təsərrüfat həyatına, iqtisadiyyata müdaxiləsi, onun tənzimləyici funksiyalara malikliyində ifadə olunur. Müasir mərhələdə bazar işqtisadiyyatı şəraitində iqtisadçılar dövlət tənzimlənməsini qanunvericilik, icra və nəzarət ölçüləri sistemi kimi xarakterizə edirlər. Yüksək səviyyəli dövlət tənzimlənməsi strateji düşünülmüş iqtisadi problemlərdə təyinatını tapır. Dövlət mövcud bazar mexanizmlərinin normal vəziyyətinin təmin olunması ilə yanaşı, həmçinin qanunların yaranışı, ədalətliliyin qarantı, hüquq-məhkəmə sisteminə nəzarət, maliyyə-kredit siyasəti funksiyalarını da yerinə yetirir.
Keçid mərhələsində dövlətin iqtisadi sahədə vəzifələri daha məsul və ciddiliyi ilə fərqlənir. Dövlət tənzimlənməsi böhranlı keçid məqamlarında idarəetmənin bir hissəsi kimi çıxış etsə də, tamamilə bazar mexanizmlərini əvəz etməyə yönəlməməlidir. Müasir istehsalda iqtisadi proseslər dövlət tənzimlənməsi orbitində dövr etməyə uyğunlaşdırılaraq modifikasiya edilmişdir. Bununla yanaşı iqtisadiyyatın normal fəaliyyətində dövlətin itigözlü, nəzakətli, həm də sərt sifətliliyinin təzahürü çox mühümdür. Dövlətin nəzarəti iqtisadiyyatın bütün struktur həlqələrində özünü göstərməlidir. İqtisadiyyatın hüquqi tənzimlənməsində dövlətin apardığı siyasət, yaradılan normativ hüquqi baza, dünya təcrübəsinə inteqrasiya olduqca mühüm şərt hesab edilir. Xüsusən bu, keçid mərhələsində, yeni institusional sistemin formalaşmasında daha sərt xarakter alır.
Dövlət tənzimlənməsinin mühüm strateji obyeklərindən birini də neft sektoru təşkil edir. Dünya təcrübəsi göstərir ki, bazar şəraitində dövlət neft-qaz industriyasında mühüm funksiya olan elmi-texniki siyasətin təyinatı, onun normativ hüquqi baza ilə təminatı, fiskal koordinasiya, özəl sektorun energetik sahəyə cəlb edilməsi və digər bu kimi əhəmiyyətli məsələləri həll edir. Respublikamızda iqtisadiyyatın aparıcı və çox mühüm hissəsini neft sektoru və onunla bağlı sahələr təşkil etdiyindən neft strategiyasının dövlətin milli iqtisadi kursunda əsas yer alması da təbiidir. Neft strategiyasının daha uğurlu spektrdə gerçəkləşməsi isə mükəmməl, təkmil normativ-hüquqi bazanın möhkəmliyi ilə bağlıdır. Dövlət müstəqilliyinin onillik tarixində ən çox istinad edilən neft sektoru 21 beynəlxalq müqavilə çoxsaylı xarici kapitallı MM-lə əhatə olunsa da özünün ən mühüm kodeksi, müvafiq «Neft haqqında» qanununun hələ də həyata vəsiqə almadığı şəraitdə inkişaf edir. Bu qanundan doğan sub normativ-hüquqi aktların qəbulu da eyni müstəvidə həllini gözləyir.
Milli neftqazçıxarma sənayesində dövlət tənzimlənməsinin bazar prinsipli metodlara əsaslanmaya ehtiyacı olan sferalardan biri kimi, köhnə istismar sahələri, xususən də quruda yerləşən istehsalat kompleksi fərqlənir. Burada müvafiq dəyişikliklər istisna olmaqla əski Sovetlər İttifaqından qalmış ənənəvi direktiv hasilat rejimi davam etdirilir. Kompleksdə aparılan islahat tədbirləri müəyyən sabitləşmə ilə nəticələnsə də, mühüm istehsal artımına nailolma hələ də tam təmin edilməmişdir. Bütün bunlar əsaslı dərəcədə sahənin qeyri-bazar xüsuslu sektor kimi davamlı fəaliyyəti ilə izah olunur. İqtisadi yüksəlişin əsaslı artımı isə bazaryönümlü kontekstdə yeni yanaşma, optimal dövlət tənzimlənməsi və normativ-hüqüqi bazanın təkmilləşdirilməsi ilə bağlılıqda ifadəsini tapır.
Dövlət neft sənayesinin inkişafında mühüm vasitələrdən istifadə etməklə iqtisadi diaqnostika sistemi, iqtisadi kombinasiyalar və iqtisadi texnologiyalara geniş meydan açmalıdır. Cəmiyyətdə dayanıqlı isteblişment vəziyyətə nail olmada dövlət səylərini səfərbər etməli, real bazar təsisatlarına entropik keçid qərarlaşdırılmalıdır. Bütünlüklə neft-qaz sektorunu, YEK-i əhatə edən normativ-hüquqi aktlar məcəlləsi, qanunlar toplusu işlənməli və qəbul olunmalıdır. Fikrimizcə, YEK-də qəbul ediləcək prioritet qanunlar şəbəkəsini aşağıdakı düzümdə formalaşdırmaq olar:
- Neft-qaz haqqında;
- Konsenssiya və lizensiyalar haqqında;
- Hasilatın pay bölgüsü;
- Offşor vergi sistemi;
- Ekoloji təminat;
Bununla yanaşı, qanunların təminatını faktiki reallaşdıran sahəvi normativ-hüquqi aktlar, icra mexanizmləri, sahənin inkişafını təmin edən dövlət proqramlarının işlənməsi də olduqca mühüm və vacibdir.
İqtisadi obyektin mərkəzində insan faktoru dayanır. İqtisadiyyatda hər hansı yeniləşmə psixoloji faktoru nəzərə almadan mümkün deyildir. İnstitusional təbəllüdatlar təkcə təbii inkişaf axını ilə deyil, həm də əhəmiyyətli dərəcədə subyektiv faktorun təsir çevrəsindən keçir. Bütünlüklə ölkənin iqtisadi həyatında atılan səmərəli addımlar köhnə istismar sahələrinin də iqtisadi inkişafında əks olunacaqdır. Fikrimizcə, köhnə istehsal sahələrini əhatə edən kompleksdə islahatların dərinləşməsi və təkmilləşməsi istiqamətində dövlət siyasəti aşağıdakı məqsədlərə oriyentasiya olunmalıdır;
- hasilatda iqtisadi səmərəliliyin kəmiyyət hasilat göstəricisindən üstün tutulması;
- köhnə istismar sahələrinin xarici kapitalın nəzarətinə keçməsinə yol verməmək;
- məşğulluq faktorundan çəkinməmə;
- iqtisadi artımın yüksəldilməsində köhnə istismar sahələrinin yerinin və tutumunun qəti müəyyən edilməsi;
- yataqlar üzrə rentabelliyin differensiasiyası;
- offşor vergi sisteminin tətbiq edilməsi;
- milli sahibkarların cəlb olunacağı səhmləşmə strategiyası;
- sahənin daxili enerjitutumluluğunun səmərəli standartlara uyğunlaşdırılması;
- ekoloji normativlərin kəskinləşdirilməsi;
- sosial sferanın kompleksin iqtisadi aslılılıq çevrəsindən qismən azad edilməsi.
ƏDƏBİYYAT
- Мирзаджанзаде А.Х., Султанов Ч.А. Этюды нефтяной концепции Азербайджана Баку, 1994.
- Крюков В.А. “Институциональная структура нефтегазового сектора: проблемы и направлении трансформации”, Новосибирск: НЭ и ОП РАН, 1998.
- Бекаев Л.С., Марченко С.В., Пинегин С.П. и другие. Мировая энергетика и переход к устойчивому развитию. Новосибирск "Наука" 2000.
- Hacızadə E.M. Energetik kompleks yeni islahatlar ərəfəsində, Bakı, Elm-2000.
- Hacızadə E.M., Paşayev T.Ə. Neft-qaz sənayesində yeni bazar mexanizmlərinin formalaşdırılması istiqamətləri. Bakı, Elm-2000.
- Волконский В.А. “Институциональные проблемы российских реформ”, М: Диалог-МГУ, 1998.
- Богданчиков С.М., Перчик А.И. "Соглашение о разделе продукции" М: Нефть и газ - 1999
47.State regulation in oil and gas industry and juridical providing into market standard adaptation. Azerbaijan National Academy оf Sciences Institute Of Economy. Azerbaijan Economy in development direction /paper composion/. I (X) Issue. Baku: 2002. 0,2 p.sh.