gototop gototop

List of scientific works / PRINCIPLES OF APPLICATION OF FINANCIAL LEASING ON A COMPLEX OIL EXTRACTINGS

08.03.2012

i.e.n. E.M.Hacızadə

 

NEFTQAZÇIXARMA KOMPLEKSİNDƏ MALİYYƏ

LİZİNQİNİN TƏTBİQİ PRİNSİPLƏRİ

 

Neftqazçıxarma kompleksi, onun struktur təşkilatları təsərrüfat prosesini həyata keçirərkən müxtəlif maliyyə-kredit institutları, o cümlədən banklar, investisiya qurumları, birjalar, sığorta kompaniyalarının xidmətindən istifadə edirlər. Həmin qurumların fəaliyyət spektrinin genişliyi, mühüm bazar seqmentləri ilə təchizi neftqazçıxarma təşkilatlarının iqtisadi maraqlarının dolğun ödənilməsində, səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Azərbaycanda fəaliyyət göstərən bankların avanqard təcrübə ilə zənginləşməsinə baxmayaraq onların müasir təsərrüfat reallıqlarına paralel olan fəaliyyət sferası, digər tərəfdən xidmət istehlakçılarının təcrübə kasadlığı, yeni iqtisadi texnologiyalara tələb zəifliyi beynəlxalq aləmdə tətbiq edilən bir sıra bazar mexanimzlərindən istifadəyə məhdudiyyətlər gətirir. Müəssisə və təşkilatlar ənənəvi fəaliyyət zərurətləri ilə bağlı olaraq bankların əsasən hesablaşma-kassa, müəyyən qədər də kredit xidmətindən istifadə edirlər. Lakin bazar prinsipləri əsasında qurulan dünya bank sistemində xidmət assortimenti olduqca çeşidli və genişdir. Müasir mərhələdə banklar kredit məzmunlu mahiyyətini aşmış, nağdsız əməliyyatlar çevrəsini genişləndirərək, sürətli elektron hesablaşmalar həyata keçirən, iqtisadiyyatı yüksək səviyyədə stimullaşdıran qarantlar verən mükəmməl nəzarət mexanizmlərinə malik çoxşaxəli institusional komplekslərə çevrilmişlər.

Neft-qaz sənayesində aparılan islahatların indiki mərhələsində kompleksin bazar prinsiplərinə daha geniş nüfuzu, adaptasiyası əhəmiyyətli dərəcədə bank sisteminin təkmil olması ilə harmonikdir. Real sektorun, o cümlədən, neftqazçıxarma sənayesi müəssisələrinin ticarət-komission, faktorinq, maliyyə lizinqi, trast əməliyyatları, veksellərin buraxılması, vençur kapitalı və digər riskli investisiya formalarının tətbiqindən bəhrələnməsi milli bank sisteminin müvafiq xidmət növlərinə münasibətlərindən asılıdır.

Neftqazçıxarma kompleksi torpaq, əmək tutumluğu ilə yanaşı həm də kapital tutumlu sahələrdəndir. Burada ƏİF-lərin əksər hissəsini maşın və avadanlıqlar, nəqliyyat vasitələri tutur. Hasilatın enməsi ehtiyatların tükənməsi və digər texniki-iqtisadi çətinliklər mövcud əmlakdan səmərəli istifadəni imkansız edir. Bununla yanaşı mənəvi aşınma renovasiya prosesi, ETT-nin nailiyyətləri, yeni müasir texnologiyaların alınması zərurətini yaradır. Totalitar «ödəmələr» şəbəkəsində zəif ödəniş qabiliyyətliliyi, maliyyə dayanıqlığının aşaği səviyyəsi isə yeni texnikaların mənimsənilməsini, innovasion prosesi məhdudlaşdırır. Belə şəraitdə lizinq oriyentasiyalı strategiyaya maraq artır.

Lizinqlə bağlı əməliyyatlar içərisində mütərəqqi forma kimi maliyyə lizinqi çıxış edir. Maliyyə lizinqini digər analoji formalardan fərqləndirən xüsusiyyəti onun bank strukturlu olması ilə bağlıdır. Belə ki, prosesə müvafiq olaraq banklar maşın və avadanlıqlar, nəqliyyat vasitələri alaraq müəyyən müddət (5 ildən 10 ilədək) hesabı ilə onları müəssisələrə icarəyə verir. Əməliyyatın cəlbedici cəhəti onunla izah edilir ki, kreditləşmənin mülayim forması kimi müəssisələr ilkin olaraq maliyyə resursları sərf etmədən sifariş etdiyi texnika və avadanlığın istifadəçisinə çevrilir və bundan irəli hər iki tərəf üçün məqbul olan alternativ vergi ödənişlərində imkan qazanır.

Fikrimizcə, neftqazçıxarma kompleksində lizinq prosesinin formalaşması və onun genişləndirilməsi emprik nəticəliyi ilə fərqlənərək, həm də digər bazar seqmentlərinin milli iqtisadiyyata tətbiqinə təkan verəcəkdir. Respublikada dərinləşən, təkmilləşən islahatlar prosesi belə əməliyyatları real edəcək, banklar və müəssisələr arasında partnyorluq münasibətləri inkişaf taparaq neftqazçıxarmada istehsalın səmərəliliyinin artırılmasına yardımçı olacaqdır.

 

24.Principles of application of financial leasing on a complex oil extractings. «The Basic tendencies of social and economic development in the present stage of Azerbaijan». Institute of Economy National Аcademy of Sciences of Azerbaijan/the collection of clauses/. IX volume.Baku: 2000. 0,2. p.sh.