Archive
Dictionary
FARS KÖRFƏZİ ƏRƏB DÖVLƏTLƏRİNİN ƏMƏKDAŞLIQ ŞURASI
(ingiliscə - Cooperation Council for the Arab States of the Gulf-Cooperation Council for the Arab States of the Gulf, CCASG, ərəbcə - مجلس التعاون لدول الخليج العربية - Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası) Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanının təmsil olunduğu qapalı beynəlxalq regional təşkilat. 1981-ci ildə təsis edilmişdir. Təşkilatın rəsmi adında “Fars” sözü yoxdur. Bu ərəb dövlətlərinin həmin körfəzi “Ərəb” körfəzi kimi adlandırmağa üstünlük vermələri ilə bağlıdır.