gototop gototop

Dictionary

FAO

(ingiliscə - Food and Agricultural Organization of the United Nations, FAO - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO. Dünyada ərzaq və kənd təsərrüfatı məhsulları məsələsi ilə məşğul olan ən böyük beynəlxalq təşkilat hesab edilir. FAO 1945-ci il 16 oktyabrda Kanadanın Kvebek şəhərində təsis olunmuşdur. Mənzil-qərargahı İtaliyanın paytaxtı Romada yerləşir. Təşkilatın ali orqanı iki ildən bir çağırılan konfransdır. FAO-nun devizi - «Aclıq olmadan dünya qurmağa kömək et»dir. Bu təşkilatın əsas funksiyaları aclığın ləğvi, qidalanmanın və həyat keyfiyyətinin yaxşılaşdırılması, ərzaq, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsullarının istehsalı, emalı və bölgüsünün yaxşılaşdırılması və kənd təsərrüfatı rayonlarının inkişafına və kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına kömək göstərməkdir.