Archive
Dictionary
ƏMTƏƏ İSTEHSALI
(ingiliscə - commodity production - əmtəə istehsalı) - şəxsi tələbatlarının ödənilməsi məqsədilə ayrı-ayrı istehsalçıların müəyyən fəaliyyət növlərində ixtisaslaşaraq mübadilə münasibətlərinə girdikləri və mübadilə edilən əmək məhsulunun əmtəəyə çevrildiyi cəmiyyətin iqtisadi həyatının təşkili üsuludur. İqtisadi ədəbiyyatda “təsərrüfatçılığın əmtəə istehsalı forması” kimi də adlanan əmtəə istehsalının əsasında ictimai əmək bölgüsü dayanır. Əmtəə istehsalı əməyin ölçülməsi və onun məcmu ictimai əməyinə daxil edilməsi ilə şərtlənən, istehsalçılarla istehlakçılar arasında olan spesifik iqtisadi münasibətlər sistemi olaraq bir müddət natural təsərrüfatla eyni zamanda mövcud olmuş və sonradan onu əvəzləmişdir.