Archive
Dictionary
ƏMTƏƏ BİRJASI
nümunələr və standartlar əsasında iri həcmlərlə topdansatış formasında alqı-satqı əməliyyatlarını həyata keçirən hüquqi şəxs. Əmtəə bircasında ticarət əməliyyatları onun ümumi yığıncağı tərəfindən təsdiq edilmiş ticarət qaydalarına uyğun aparılır. Konkret olaraq burada sövdələşmələrin aparılması üsulları, əlaqələrin növləri, onların qeydə alınması və uçotu qaydaları, əmtəələrə məzənnə qoyulması qaydası, birja ticarəti pozmağa görə sanksiyalar və s. öz əksini tapır.