Archive
Dictionary
(ingiliscə - Agreement on Trade-Related Aspects of Intellectual Property Rights, TRİPS - Əqli Mülkiyyət Hüquqlarının Ticarət aspektləri üzrə Saziş) - TRİPS əqli mülkiyyət hüquqlarının qorunması standartlarını və onların hüquqi tətbiqi qaydasını müəyyən edən Dünya Ticarət Təşkilatı - DDT-nin təsis edilməsi haqqında Sazişlə yaradılan müqavilədir. ƏMHTS DTT-nin üç əsas hüquqi alətlərindən birinə aiddir və onun başlıca vəzifəsi DDT-nin əqli mülkiyyət hüquqlarının ticarəti sahəsində mübahisəli məsələlərinin həllinə kömək etmək və müvafiq sahədəki fəaliyyətlərə nəzarət etməkdir. Bu mexanizmlər sanksiyalar tətbiq imkanı təmin etmənin repressaliv (beynəlxalq hüquqda bir ölkə tərəfindən digər ölkənin hüquqa zidd hərəkətlərinə cavab olaraq məcburi siyasi və iqtasadi xarakterli ölçülərin tətbiqi) yolunu nəzərdə tutur.