gototop gototop

Dictionary

ENERJİQORUYUCULUQ, ENERİ QƏNAƏTÇİLLİYİ

(ingiliscə - energy saving - enerjiqoruyuculuq) - yanacaq-enerji resurslarının səmərəli istifadəsi və qənaətli məsrəf olunması istiqamətində kompleks təşkilati, hüquqi, istehsal, elmi, iqtisadi, texniki və digər tədbirlərin reallaşması. Bundan başqa, enerjinin qənaətcillik sistemi təsərrüfat dövriyyəsinə bərpaolunan enerji mənbələrinin daxil olması tədbirləri ilə də şərtləndirilir. Enerjiqoruyuculuq həm də təbii resursların mühafizəsində vacib dövlət vəzifəsidir. O, enerjidaşıyıcılarının tariflərinin artımı və enerji məsrəflərinə uçot vasitələri üzrə nəzarətdən irəli gələrək onların buraxılışına kvotaların tətbiqi ilə də bağlı müxtəlif enerji növlərinin istehlakının məhdudlaşdırılmasını ehtiva edir.