Archive
Dictionary
(ingiliscə - scientific and technical potential - elmi və texniki potensial) - hazır elmi kadrların, elmə və elmə xidmətə ayrılmış maliyyə resurslarının, elmi-tədqiqat, təcrübə-konstruktor işlərinin (ETTKİ) təşkili sisteminin, maddi-texniki təminatın, elmi araşdırmaların prioritetliyinin və elmi xidmətlərin məcmusu. Elmi-texniki potensial müasir dünya iqtisadiyyatınm resurs bazasının həlledici elementi və inkişaf amili olaraq çıxış edir. Ayrı-ayrı ölkələrin elmi resurslarını əsas göstəricilər qismində ETTKİ-lərə çəkilən xərclərin ÜDM-də payı, əhalinin adambaşına hesabı ilə ETTKİ-yə çəkilən xərclər, dövlət büdcəsinin ümumi xərclərində büdcə təxsisatlarının payı, elmdə və elmə xidmətdə məşğul olan mütəxəssislərin sayı, müqavilə üzrə xarici ölkələrdə işləyən və elmi məktəbləri olan elmi dərəcəli əməkdaşların sayı, sitatlar indeksi (elmi əsərlərdə bu ölkədən olan tədqiqatçıların əsərlərinə istinadlar), müxtəlif mənbələrdən alınmış qrantların sayı və ölçüsü, kapitaltutumlu məhsulların ÜDM-də payı, yüksək texnologiyalar bazarında ölkənin payı xarakterizə edir. Elmi-texniki potensialın inkişafı, ondan səmərəli istifadə, ETT-nin sürətləndirilməsinin, tədqiqatların intensivləşdirilməsinin, elm-texnika-istehsal tsiklinin qısaldılmasının mühüm şərtidir.