Archive
Dictionary
(ingiliscə - The UN Global E-Government Development Index - EQDİ - Elektron Hökumətin İnkişaf İndeksi) dünya ölkələrində elektron hökumətin inkişaf səviyyəsini xarakterizə edən kompleks göstərici. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə əsasında vətəndaşlara dövlət xidmətlərinin təqdimatında milli dövlət strukturlarının imkan və hazırlığını qiymətləndirir. İnternet xidmətlərin əhatə dairəsi və keyfiyyəti səviyyəsi, informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun inkişaf səviyyəsi və insan kapitalı olan üç tərkib hissə üzrə müəyyənləşdirilir. İndeks üzrə ölkələr reytinqi çox yüksək, yüksək, orta, zəif olmaqla 4 qrup üzrə təsnifatlandırılır. BMT-yə məxsusdur və ənənəvi olaraq təşkilatın hər iki ildən bir nəşr etdiyi “E-Government Survey adlı hesabatında ölkələr üzrə müəyyənləşdirilir.