Archive
Dictionary
AQLOMERASİYA
(latınca - agglomerare - birləşdirmək, yığmaq) iri şəhərlərdə yaşayış məntəqələrinin intensiv əlaqəliliklə ictimai, istehsal, əmək, mədəni-məişət, rekreasiya və digər təsistlar sistemində təmərküzləşməsidir. Termin daha çox şəhər məskunlaşma tipinə (şəhər aqlomerasiyası) aid edilir. Aqlomerasiya monosentrik və polisentrik olmaqla fərqəndirilir. Monosentrik aqlomerasiya bir iri şəhər-nüvə ətrafında meydana gəlir. Polisentrik aqlomerasiya (konurbanizasiya) isə bir neçə bərabər güclü mərkəz şəhərdən ibarət aqlomerasiyadır. Aqlomerasiyaya şəhərlərdə və aqlomerasiya zonasında istehsalın və digər iqtisadi obyektlərin ərazi konsentrasiyasında faydalanmasını ifadə edən özünəməxsus hadisə - aqlomerasiya effekti xasdır.