Archive
Dictionary
EKSPERİMENT
(latınca - experimentum - sınaq, təcrübə) - iqtisadi hadisə və proseslərin süni və təbii şəraitdə yenidən hasiletmə, modelləşmə yolları ilə öyrənilməsi və tədqiq olunması. İqtisadi ekspermentlərin imkanları olduqca məhduddur. Belə ki, real şəraiti yenidən əksetdirmə çox mürəkkəb bir işdir. İnsanların, təsərrüfat subyektlərinin üzərində çox sayda ekspermenti təkrar etmək xoşagəlməz sosial nəticələrə gətirib çıxara bilər.