Archive
Dictionary
EKOSİSTEM, EKOLOJİ SİSTEM
(yunaca - οἶκος - ev, yaşayış yeri, və σύστημα - sistem) - bir-biri ilə maddələr və enerji mübadiləsi aparan canlı orqanizmlər (biosenoz) və onların yaşayış mühitini (biotop) əhatə edən təbiət kompleksi. Anlayış kimi müxtəlif ölçü və mürrəkkəblikdə olan təbiət obyektlərinə (okean, gölməçə, meşə və ya ayırca ağac növlü meşə zolağı) tətbiq olunur. Termin olaraq ilk dəfə 1935-ci ildə dünyanın ilk ekoloqlarından sayılan ingilis botaniki Artur Tensli (1871-1955) tərəfindən dövriyyə çıxarılmışdır.