Archive
Dictionary
(ingiliscə - econometrics - ekonometriya) - iqtisadi hadisə və proseslərin kəmiyyət və keyfiyyətini riyazi, statistik metod və modellərin köməyi ilə öyrənən elm. Ekonometriya həm də müxtəlif elm və praktika sahələrində ölçmələr və statistik metodların tətbiqinə həsr edilən geniş fənlər ailəsinə daxildır. Ekonometriyanın müasir predmet təyinatı Beynəlxalq İqtisadçılar İttifaqı - Ekonometriya Cəmiyyətinin nizamnaməsindən qaynaqlanır. Burada ekonometrikanın məqsədi statistik və riyazi modellərdən istifadə olunma ilə iqtisadi nəzəriyyənin inkişafını təminetmə göstərilmişdir. Nobel laureatları V.Leyontevin xərclər-buraxılış modeli, R.Friş və Y.Tinbergenin tədqiqatlarının nəticələri, Kobba-Duqlasın istehsal funksiyası və digər miqyaslı ekonometrik tədqiqatları orta və uzunmüddətli makro-modellərin fundamental əsasını təşkil edir.