Archive
Dictionary
EKOLOJİ RENTA
(ingiliscə - ecological rent - ekoloji renta) - differensial rentaya oxşarlıqda təbii təsərrüfatlarda və təbiətin istismarı sahələrində daha effektli texnika və texnologiyaların tətbiqi nəticəsində yaranır. Onun əhatə dairəsinə konkret olaraq innovasiya texnologiyalarının geniş tətbiq edildiyi geoloji-kəşfiyyat, mesə, su və kənd təsərrüfatları, təbiəttutumlu və materialtutumlu məhsulların istehsalı və emalı kompleksləri, təmizləyici qurğuların və energetika sistemlərinin tikintisi və digər bu kimi sahələr daxildir.