gototop gototop

Dictionary

EDİP EFFEKTİ, EDİP KOMPLEKSİ

(ingiliscə - Oedipus complex - Edip kompleksi) - qabaqcadan deyilmə hədəf tutulan qabaqcadan deyilən hadisəyə təsir göstərir mənasını ifadə edir. «Edip effekti»nə görə, bir sıra qabaqcadan xəbər vermələrin icrasının reallaşması ona görə baş verir ki, o elə qabaqcadan da söylənilmişdi. Proqnozun baş verməsini gözləmə prosesində insanlar özlərini pozitivliyə kökləyir və ya hadisələrin mümkün neqativlərini kənarlaşdırırlar. «Edip effekti» adlanan fenomen öz kökünü qədim yunan əsatirlərindən alır: Yunan mifologiyasında Fiva padşahı Laya qabaqcadan verilən xəbərə görə onu oğlu öldürəcəkmiş. La doğulan övladı Edipi dağlara atdırır və bir çoban onu xilas edir. Sonradan boya-başa çatan Edip bilmədən atasını öldürür və anası ilə evlənir. Sofokulun «Çar Edip» və Volterin «Edip» əsərlərinin baş qəhrəmanına çevrilmiş Edip macəraları fonunda təzahür edən gerçəklik klassik psixoanalizdə subyektin sosial və mənəvi instansiyası (Super Eqo - yuxarıda mənəm) - «Edip kompleksi» kimi psixoloji aspektə çevrilmişdir. Bu cəhət isə «Edip kompleksi»ni “Edip effekt”ndən ayırmaq gerçəkliyidir.