Archive
Dictionary
DÜNYA NEFT BAZARI
(ingiliscə - world oil market- dünya neft bazarı) - xam neftin ticarətinin reallaşdırıldığı beynəlxalaq bazarlar. Dünya neft bazarı “fiziki” (nağd neft ilə ticarət) və “maliyyə” (neft kontraktları ilə ticarət) neft bazarlarından ibarətdir. Müasir zamanda “fiziki” neft bazarını “maliyyə” neft bazarı üstələmişdir. Dunya neft bazarının real fəaliyyət sistemi aparıcı neft birjaları, əsasən üç qlobal birja - Avropada London (IPE), Amerikada Nyu-York (NYMEX) və Asiyada Sinqapur (SGX) birjaları vasitəsi ilə həyata keçirilir.