Archive
Dictionary
DÜNYA MALİYYƏ RESURSLARI
(ingiliscə - world financial resources - dünya maliyyə resursları) - dünyanın bütün ölkələrinin, beynəlxalq təşkilatlarının və beynəlxalq maliyyə mərkəzlərinin maliyyə resurslarının məcmusu. Dünya maliyyə resursları beynəlxalq iqtisadi münasibətlərdə, yəni rezidentlərlə qeyri-rezidentlər arasında olan münasibətlərdə istifadə olunur. Dünya maliyyə resursları mənbələri kimi donor ölkələr, beynəlxalq təşkilatların fondları, dünya qızıl-valyuta ehtiyatları çıxış edirlər.