Archive
Dictionary
(ingiliscə - global financial crisis - qlobal maliyyə böhranı) - milli vayutanın və qiymətli kağızların qeyri-sabit məzənnəsi, inflyasiya və bütövlükdə həyat səviyyəsinin aşağı düşməsi ilə müşayiət olunaraq, bir neçə dövlətin maliyyə sisteminin eyni zamanda pozulması və ya çökməsi vəziyyəti. Dünya maliyyə böhranları yaranma xüsusiyyətinə görə valyuta-maliyyə və maliyyə-iqtisadi kateqoriyalara bölünürlər. Valyuta-maliyyə böhranlarının yaranması iqtisadiyyatın uğurlu inkişaf etməməsi səbəbindən xarici invenstorların məyusluğu nəticəsində portfel infestisiyalarının məhdudlaşması və bununla da milli valyuta bazarında məzənnə sabitsizliyinin baş verməsi ilə şərtlənir. Maliyyə-iqtisadi böhranlar isə real sektorda kəskin strurktur disbalanslığı və istehsalın əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə bağlı özündə maliyyə sabitsizliyini əks etdirərək daha dərin xarakterlidir.