gototop gototop

Dictionary

DÜNYA İDARƏETMƏ İNDEKSİ

(ingiliscə - WGI-World Governance Index - Dünya İdarəetmə İndeksi) - Yeni Dünya İdarəetmə Forumu (FnWG-The Forum for a new World Governance) tərəfindən dünyada idarəetmənin mövcud səviyyəsini və təkamülünü qiymətləndirmək məqsədilə tərtib edilən reytinq göstəricisi. İndeks 5 əsas göstərici - “sülh və təhlükəsizlik” (peace and security), “qanunun aliliyi” (rule of law), “insan hüquqları və iştirakçılıq” (human rights and participation), “davamlı inkişaf” (sustainable development), “insan inkişafı” (human development) və alt-göstəricilər əsasında formalaşdırılır. İndeksin hesablama metodu BMT-nin İnsan Hüquqları İndeksinin hesablanma metodu ilə oxşardır. Yekun göstərici 0 (ən zəif) və 1 (ən yüksək) bal ilə ifadə olunur. Dünya İdarəetmə İndeksi çərçivəsində, həmçinin bu indeksi təşkil edən əsas göstəricilər üzrə də ölkənin reytinqi tərtib edilir. İndeksin hazırlanmasında istifadə olunan məlumatlar müxtəlif beynəlxalq təşkilatlar və bəzi transmilli konsaltinq şirkətlərinin hesabat və araşdırmalarından əldə edilir.