gototop gototop

Dictionary

DÜNYA ƏMƏK BAZARI

(ingiliscə - international labor market- dünya əmək bazarı) - əmək üzrə tələb və təklifin qarşılıqlı təsirini dövlətlərarası səviyyədə təmin edən iqtisadi mexanizm, norma və institutlar sistemi. Onu əmək miqrasiyasının varlığı formasıdır. Dünya əmək və ya işçi qüvvəsinin bazarı milli sərhədləri keçən müxtəlif istiqamətlərə yönəlmiş əmək ehtiyatları axınlarını əhatə edir. O, işçi qüvvəsinin milli və regional bazarlarını birləşdirir. Dünya əmək bazarı milli bazarların nəinki sadəcə məcmusu, həm də istehsalın güclənən beynəlmiləlləşməsi prosesləri və xalqlar arasında ünsiyyətin artdığı şəraitdə bazarın yeni keyfiyyətli inkişafıdır. Milli bazarlar getdikcə öz qapalılıqlarını və fərdiliklərini itirirlər. Onların arasında işçi qüvvəsinin transmilli axınları və yerdəyişmələri meydana çıxır ki, bu da daimi və müntəzəm xarakter alır.